Hikmət Hacıyev və Corc Dik Azərbaycanın İrandakı səfirliyinə hücumu müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.
azxeber.com xəbər verir ki, bu barədə israilli diplomat tviterdə yazıb.
O, görüşdə vacib müzakirələr aparıldığını qeyd edib: "Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bildirdim".
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.

Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMA
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü
Beyləqanda AĞIR QƏZA: Beş İran vətəndaşı xəsarət aldı
İki britaniyalı alim az qala kosmosa uçacaqdı – 1862-ci ildə ölüm-dirim mübarizəsi
Gəncədə 32 yaşlı şəxs güllələndi
Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?
Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO