Hindistanda koronavirusa yoluxanların sayı artır: bir gündə 15 min nəfər...
Hindistanda son bir gündə daha 15 min insanda COVID-19-a yoluxma təsdiqlənib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, bununla da ölkədə virusa yoluxma hallarının ümumi sayı 410 minə çatıb.
İyunun 20-də birgünlük xəstə artımı 14,5 min təşkil edib, 19 iyunda isə bu rəqəm 13,5 min olub.
İyunun 8-də hakimiyyət orqanları məhdudlaşdırıcı tədbirlərin ləğvinin birinci mərhələsini elan edib: məbədlər, mehmanxanalar, restoranlar və ticarət mərkəzləri açılıb.
Ölkədə ümumilikdə 228 minədək koronavirus xəstəsi sağalıb, 13 mindən çox insan pandemiyanın qurbanı olub. Cənubi Asiya ölkəsi dünyada COVID-19-un yayılmasına görə ABŞ, Braziliya və Rusiyadan sonra dördüncü yerdədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /publika.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək