Hökumət rəsmiləri ərzaq qiymətlərini müzakirə etdi - FOTOLAR

Hökumət rəsmiləri ərzaq qiymətlərini müzakirə etdi - FOTOLARDekabrın 14-də Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədovun sədrliyi İşçi Qrupun iclası keçirilib.
Nazirlər Kabinetindən KONKRET.az-a verilən məlumata görə, iclasda 2023-cü ilin yanvar-noyabr aylarında istehlak bazarında qiymətlərin dəyişməsi, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları, əhaliyə göstərilmiş ödənişli xidmətlər, ərzaq bazarında idxal olunan məhsulların qiymət indeksi, kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti, Hökumətin Antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub.
Qeyd olunub ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə 2023-cü ilin yanvar-noyabr aylarında orta illik inflyasiya birrəqəmli səviyyədə 9.4 faiz, illik inflyasiya 2.6 faiz təşkil etmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı son məlumata görə noyabr ayında ərzaq qiymətləri indeksi son bir ildə 10.6% ucuzlaşıb. İnflyasiyanın dinamikası xarici amillərin və həyata keçirilən antiinflyasiya siyasətinin təsirləri ilə azalıb.
İclasda ərzaq məhsulları qrupunda ən çox qiymət artımı müşahidə edilən məhsullar üzrə bazar araşdırılması, istehsal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında fərqlərin yaranma səbəbləri, istehlak qiymətləri indeksinin hesablanmasında istifadə olunan təmsilçi məhsullar üzrə idxalda təmərküzləşmə səviyyəsi, kənd təsərrüfatı məhsullarının satışı və dərman vasitələri bazarında aparılan rəqabət təhlillərinin nəticələri, idxal və yerli istehsal məhsulu əsasında təchizat zənciri boyunca formalaşan xərclər və antiinflyasiya xarakterli pul siyasəti barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank tərəfindən görülən işlərə dair məlumat verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən "Qiymət İzləmə Tətbiqinin" əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi təqdim olunub və bu istiqamətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması məqsədəuyğun hesab olunub.
İclasın yekununda "İnflyasiya və qiymət monitorinqi" üzrə İşçi qrupun rəhbəri tərəfindən növbəti ildə də antiinflyasiya tədbirlərinin davam etdirilməsi, daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi və onun səbəblərinin araşdırılması, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi istiqamətində zəruri işlərin görüləcəyi qeyd olunub. Rəqabət Məcəlləsinin qəbul olunmasının da bu proseslərə müsbət təkan verəcəyi bildirilib.
Hökumət rəsmiləri ərzaq qiymətlərini müzakirə etdi - FOTOLARHökumət rəsmiləri ərzaq qiymətlərini müzakirə etdi - FOTOLAR

Sosial       Tarix: 14 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qey

​Yay aylarında bu balıqları yeməyin

Sağlam və balanslı qidalanmanın əsas şərtlərindən biri olan balıq, tərkibindəki omeqa-3, vitamin və minerallarla hər fəsildə süfrələrimizin bəzəyinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yay aylarında dəniz suyunu

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib. "Report"a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçü

Neftin qiyməti ucuzlaşdı

Qlobal enerji bazarlarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barreli 82,92 ABŞ dollarına, WTI markalı yüngül neftin bir barreli isə 80,6

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentləri

Ağlayan uşağa telefon verməyin ağır fəsadları - Nitqi gecikdirir

Uşaqların telefon, planşet və digər rəqəmsal cihazlarla erkən yaşlardan təmasda olması müasir dövrdə valideynləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə ekran qarşısında keçirilən vaxtın artması uşağın fiziki


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər az novruz bayramı azerbaycan son xeber bugun xəbərlər