Hondurasın ilk qadın Prezidenti: "Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıyıq
Azərbaycan Hondurasdakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş Prezidenti Sioamara Kastronun andiçmə mərasimində iştirak edib.
Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, paytaxt Tequsiqalpanın mərkəzi stadionunda keçirilmiş mərasimin ardınca ölkədə akkreditə olunmuş və tədbirdə təmsil olunan diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil olunmuş ziyafət zamanı M.Talıbov Hondurasın ilk xanım dövlət başçısı olan Siomara Kastroya Honduras xalqı üçün bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Honduras Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Prezident S.Kastro hökumətinin Hondurasla Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Mərasimdə iştirak edən Hondurasın yeni Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq naziri Eduardo Enrike Reina ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi potensialı müzakirə edilib.



İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA