Honkonqda koronavirusdan ilk ölüm faktı - DƏHŞƏTLİ MƏQAM
Çinin xüsusi inzibati ərazisi olan Honkonqda koronavirus (2019-nCoV) epidemiyasından ilk ölüm faktı qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" informasiya yayıb.
Bildirilib ki, virusa yoluxan 39 yaşlı şəxs infarkt keçirib və dünyasını dəyişib.
O, yanvarın 21-də virusun ortaya çıxdığı Hubey əyalətində 2 günlük səfərdə olub.
Honkonq hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün quru və dəniz yolları sərhəd məntəqələrini bağlayacağını açıqlayıb.
Bölgədə yüzlərlə səhiyyə işçisi koronavirusun yayılma riskini azaltmaq üçün quru sərhədlərinin tamamilə bağlanması tələbilə tətil keçirmişdi.
Çin Milli Səhiyyə Komitəsindən verilən son açıqlamaya görə, koronavirusdan ölənlərin sayı 425-ə, diaqnozu qoyulmuş xəstə sayı 2 min 788-i ağır olmaqla, 20 min 438 nəfərə çatıb.
Qeyd edək ki, hazırda Honkonqda 15 nəfər epidemiyadan əziyyət çəkir.
Koronavirus 22-yə yaxın ölkəyə yayılıb. Çindən kənarda ilk ölüm faktı Filippində olub.
Zümrüd /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi