Hövsanda sərnişin avtobusu minik maşını ilə toqquşdu
Avqustun 4-də saat 14:00 radələrində Hövsan şosesində (Qum Adası) 132 nömrəli müntəzəm marşrut xətti üzrə (10-TG-079 DQN-lı) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə KONKRET.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Xəbərə görə, daşıyıcı şirkət "Kral-Transport MMC-dən verilən ilkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq avtobusla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan yoxdur.
BNA-nın məlumatında o da qeyd olunub ki, son vaxtlar bu cür yol nəqliyyat hadisələrinin tez-tez baş verməsi müntəzəm sərnişindaşımaların təşkilində də çətinliklər yaradır: "Hər bir hadisədən sonra avtobuslar uzun müddətli təmirə dayanmaqla xidmətdən kənarda qalır. Bunu nəzərə alaraq bir daha sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına riayət etsinlər, dayanacaq məntəqəsindən çıxan, yolayrıcından hərəkətə başlayan avtobusların maneəsiz hərəkətinə şərait yaratsınlar".

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti