Hovuzda dincələn qadınları çəkib aşağıladı: 'Hansınızın bacısıdır, deyin çəkməyim' - VİDEO
Sosial şəbəkələrdə istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin görüntüləri yayılıb.
azxeber.com xəbər verir ki, görüntülərin Nabranda yerləşən istirahət mərkəzlərindən birində çəkildiyi ehtimal edilir.
Sözügedən şəxs "magerramoff" adlı profillə "Tik-tok" platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlədib. 93 min izləyici olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılıb. İstirahət mərkəzində dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Qafqazinfo"ya bildirib ki, yayılan görüntülərdəki hadisə barəsində məlumat var: "Hazırda araşdırma aparılır. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Qeyd edək ki, sözügedən şəxs videodakı qadınların üzünü açıq şəkildə çəkib paylaşıb.
Etik olmadığını nəzərə alaraq videonu qadınların üzü gizlədilmiş şəkildə təqdim edirik:
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var