Hulusi Akar: 'Azərbaycanın müdafiə ehtiyaclarını qarşılaya bilirik
"Bu gün Türkiyə olaraq Azərbaycan, Liviya və Şimali Kipr Türk Respublikası kimi dost və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını qarşılaya bilirik".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyənin region və dünyada təhlükəsizliyi təmin edən ölkəyə çevrilməsinin əsas səbəblərindən biri milli müdafiə sənayesini inkişaf etdirməsidir: "Ölkəmiz bu sahədə bir çox ilkə imza atıb. Artıq öz silahlarımızı, pilotsuz uçuş aparatlarımızı, helikopter, raket və gəmilərimizi istehsal edən ölkəyik. Ən qısa zamanda öz milli qırıcımız və tankımızı da istehsal edəcəyik".
Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.
///Report / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü