Hulusi Akar: "Müxtəlif faktorlara görə həssas dövrdən keçirik"

Hulusi Akar: Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri Şurası toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir Alyansın mənzil-qərargahına baş çəkib.
Türkiyənin NATO yanında daimi nümayəndəsi, səfir Basat Öztürk və digər rəsmi şəxslər tərəfindən qarşılanan H.Akar ölkəsinin NATO yanında Daimi Nümayəndəliyi və Türkiyə Hərbi Nümayəndəliyini ziyarət edib.
Şəxsi heyətlə görüşən və görülən işlər barədə məlumat alan nazir Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə beynəlxalq subyektə çevrilən Türkiyənin çox mühüm işlər gördüyünü, ciddi uğurlar qazandığını bildirib.
Milli müdafiə naziri müxtəlif faktorlara görə həssas dövrdən keçildiyini vurğulayıb:
"85 milyonluq Türkiyənin sizdən böyük gözləntiləri var. Bu il Türkiyənin NATO-ya üzv olmasının 70-ci ildönümüdür. NATO-nun dəyərləri və məsuliyyətini paylaşan Türkiyə 1952-ci ildən bu yana ona verilən bütün vəzifə və missiyaları uğurla yerinə yetirir".
NATO müdafiə nazirlərinin toplantısına qatılmadan öncə NATO Baş Qərargahında şəxsi heyətlə görüş keçirən H.Akarın gün ərzində bəzi ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşləri də planlaşdırılır./report/

Siyasi       Tarix: 16 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri en yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeber.az