Hüseyn Həsənov danışdı: "Əslində hər şey..."
Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
KONKRET.az Musavat.com -a istinadən xəbər verir ki, o bu barədə instaqram hesabında yazıb.
"Xəbərləri gördüm. Bəli, "qiyabi həbs" gurultulu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Vergilərlə bağlı bütün məsələlər keçən il artıq bağlanmışdı. İndi vəkillərim bu vəziyyət üzərində işləyirlər. Məsələni həll edəcəyik və nöqtə qoyacağıq. Yanımda olduğunuz üçün təşəkkür edirəm",- o bildirib.
Xatırladaq ki, Hüseyn Həsənov barəsində Rusiyada cinayət işi açılıb.
O, külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması (yuyulması) maddəsi ilə təqsirləndirilir.
Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü bəndinə əsasən, blogeri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
İş 23 aprel 2025-ci ildə Çertanovski Məhkəməsinə təqdim olunub və artıq məhkəmə blogerin barəsində qiyabi həbs qərarı çıxarıb. Hazırda Həsənov beynəlxalq axtarışa verilib.
Məlumata görə, Həsənov 2024-cü ildən Rusiyada yaşamır. Bəzi mənbələrin iddiasına görə, o, Azərbaycana köçüb. 2024-cü ilin iyununda Moskvanın Vergilər Xidməti Həsənova qarşı 145 min rubl borca görə məhkəməyə müraciət etmişdi. Daha sonra onun restoran və qida çatdırılması ilə məşğul olan şirkətlərinin hesabları dondurulmuşdu.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?