Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladıLənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib.
KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayış binasında baş verib.
34 yaşlı Allahşükür Ağazadə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib. Bu zaman evdə olan 2023-cü il təvəllüdlü azyaşlı H.A. qorxaraq anasının qucağına sığınıb. Atanın qadına endirdiyi zərbələrdən üçü uşağa dəyib.
Ağır xəsarətlər alan ana və övladı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Rəvanə Ağazadə isə əməliyyat blokuna alınıb.
Son məlumata görə, onun əməliyyatı davam edir.
Hadisəni törətməkdə şübhəli bilinən Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, ailə əslən Lənkəran rayonunun Xanbulan kəndindəndir. Onlar hadisənin baş verdiyi ünvanda kirayədə yaşayırlar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə       Tarix: 13 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

500-ə yaxın məktəb fəaliyyətini dayandırıb

Fransada davam edən etiraz aksiyaları səbəbindən 400-500 məktəb tam və ya qismən fəaliyyət göstərmir. Etirazlar zamanı 24 məktəbə od vurulub və ya dağıdılıb. xəbər verir ki, Fransanın təhsil naziri Eduar Jefr məktəbləri

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-c

Bakıda "iki təkər" qaldıran sərxoş sürücü həbs olundu

Bakıda avtoxuliqan həbs olunub. xəbər verir ki, 21 yaşlı N. İsmayılzadə Qaradağ rayonu Sahil qəsəbəsində idarə etdiyi VAZ-2107 markalı avtomobili sağa-sola hərəkət etdirərək, təkərlərini yerdən qaldırıb. Nəticədə o, yol polis

İran polisi Zahidanda iki mülki şəxsi gülələdi

İran polisi Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində xəbərdarlıq etmədən avtomobilə atəş açıb. xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Atəş nəticəsində iki mülki şəxs yerindəcə həlak olub

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Bakıda şagirdi öldürməkdə ittiham edilən məktəblinin FOTOSU

Bakıda sinif yoldaşı, 2012-ci il təvəllüdlü A.Ağayevi qətlə yetirməkdə şübhəli bilinən A.Hüseynovun görüntüləri yayılıb. -a istinadən cinayəti törətməkdə şübhəli bilinən şagirdin fotosunu təqdim edir:

Mərdəkanda üç nəfər kafe sahibini döydü, pilləkəni sındırdı - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əsgər Muradov, Malik Həsənov və Qafur Yusifovun (hər üç şəxsin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

5 oktyabr 2026-cı il tarixində, "Palmali" Şirkətlər Qrupu tərəfindən idarə olunan "Royad Mammadov" adlı gəmi, Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına səfər edərkən Qara dənizdə, Rumıniy

6 il əvvəl həbs edilən polkovnik dünyasını dəyişdi 

DSX polkovniki Nemət Pənahov dünyasını dəyişib. xəbər verir ki, mərhum sabah I Şıxlı kənd qəbirstanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Nemət Pənahov 2020-ci ilin mayında DSX rəisinin müavini, general-leytenant Əfqa


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler son xeberler bu gun sou xeberler bugun en son xeberler