Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama

Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlamaRusiyalı bloqer Hüseyn Həsənovun vəkili Mixail Yusupov Moskvanın Presnensk rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı qiyabi hökmlə bağlı açıqlama verib. Müdafiə tərəfi qərarla razı olmadığını bildirərək apellyasiya şikayəti verəcəyini açıqlayıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, Yusupov məhkəmədən fərqli qərar gözlədiklərini bildirib.
"Biz bəraət hökmünün çıxarılmasını və ya cinayət işinin prokurora qaytarılmasını xahiş etmişdik. Təəssüf ki, məhkəmə arqumentlərimizi nəzərə almadı. Qərardan apellyasiya şikayəti verəcəyik", – deyə vəkil bildirib.
Onun sözlərinə görə, Hüseyn Həsənov artıq məhkəmənin qərarı barədə məlumatlıdır. Lakin vəkil bloqerlə bundan sonrakı hüquqi addımların təfərrüatını hələ müzakirə etmədiyini qeyd edib.
Mixail Yusupov hesab edir ki, qiyabi hökm Həsənovun xaricdə qalmasına ciddi təsir göstərməyəcək.
"Bəzi hüquqi nüanslar var. Düşünürəm ki, hökm çıxarılmazdan əvvəlki vəziyyətlə müqayisədə onun xaricdə qalması baxımından ciddi dəyişiklik olmayacaq", – deyə vəkil vurğulayıb.
Müdafiəçi əlavə edib ki, hökm qanuni qüvvəyə minənədək onun icrası mümkün deyil. Buna görə də real cəzanın icrasından yayınmaq ehtimalı hələ də qalır.

Hadisə       Tarix: 05 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər hava haqqinda son xeberler az krimnal bugun