İbrahim Tatlısəs Dua Lipanın fotosunu həqiqi sandı - FOTO
Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs britaniyalı müğənni Dua Lipanın "fake" fotosunu həqiqə sanaraq öz şəxsi hesabından paylaşım edib.
Belə ki, sosial şəbəkələrdə Dua Lipanın kürəyində İbrahim Tatlısəsin fotosu ilə döyməsi olan montaj edilmiş fotosu yayımlanıb. "Döymədə" eyni zamanda Tatlısəsin səsləndirdiyi "Allah səni cəzalandıracaq" sözləri də əks olunub.
İbrahim Tatlısəs isə "photoshop" proqramı ilə hazırlanan fotonu həqiqi hesab edib və onu sosial şəbəkə hesabında paylaşıb. O paylaşımına "Cəsur və gözəl qızımıza təşəkkür edirəm" qeydini də əlavə edib.
Qısa müddətdən sonra həqiqəti öyrənən Tatlısəs paylaşımı silsə də izləyicilərin reaksiyaları bitib-tükənmək bilməyib.
Bundan sonra Tatlısəs "Twitter" hesabından mövzu ilə bağlı açıqlama verib:
"Mən Ajda Pekkanı tanıyıram, Hadisəni də tanıyıram. Dua Lipanı tanımağa və izləməyə vaxtım var? Məlum oldu ki, bunu başqa qıza ediblər, göndəriblər. Mən də ona təşəkkür etdim, paylaşdım. Pis niyyətlə etməmişdim".
/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
"İflic olacağam və yataqda qalacağam
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Qızıl və gümüş bahalaşdı
"Hər həftə bir ev alırdım
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb