İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?Ölkəmizin bütün ümumi təhsil müəssisələrində I siniflərdə dərsin müddəti hazırda 45 dəqiqədir. Bu norma Nazirlər Kabinetinin 2012-ci ildə qəbul etdiyi 171 nömrəli qərarla təsbit olunub.
azxeber.com "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, ibtidai siniflərdə dərs zamanı təlimə sərf olunan vaxt ümumi dərs müddətinin 80 faizindən çox ola bilməz.
Bundan əlavə, günün ortasında 40 dəqiqədən artıq olmayan dinamik fasilə də nəzərdə tutulur.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda bu normativlərin dəyişdirilməsi gündəmdə deyil.
Təhsil İnstitutunun metodisti Səidə Dünyamalıyeva da təsdiqləyib ki, bütün siniflərdə dərs müddəti eynidir - 45 dəqiqə. Onun fikrincə, xüsusilə 1-ci sinif şagirdləri üçün bu, kifayət qədər uzun görünə bilər: "Əvvəlcə nəzərə almaq lazımdır ki, həmin uşaqlar məktəbəqədər hazırlıq qruplarına və ya bağçalara cəlb olunublarmı? Əgər bu təcrübələri varsa, artıq müəyyən qaydalara, vaxt və davranış rejiminə alışmış olurlar. Amma elə uşaqlar da var ki, birbaşa evdən məktəbə gəlirlər. Bu halda 45 dəqiqəlik dərs prosesi onlar üçün həm çox uzun, həm də psixoloji və fiziki cəhətdən ağır ola bilər".
S.Dünyamalıyeva əlavə edib ki, azyaşlı uşaqlar uzun müddət eyni fəaliyyətdə sıxılır, hərəkət etmək, oyun oynamaq istəyirlər. Ona görə də müəllim 45 dəqiqəlik dərsi elə qurmalıdır ki, şagird həm öyrənsin, həm əylənsin, həm də yenidən məktəbə gəlmək həvəsində olsun.
Beynəlxalq təcrübə nə deyir?
Dünyanın müxtəlif ölkələrində ibtidai siniflərdə dərs müddətləri müxtəlifdir və bu, pedaqoji yanaşmaların fərqliliyini göstərir. Məsələn, İtaliyada dərslər adətən 30-35 dəqiqə davam edir və bu qısa dərslər şagirdlər üçün daha çox fasilə imkanı yaradır. Finlandiyada isə 45 dəqiqədir və dərsdən sonra şagirdlərə 15 dəqiqəlik istirahət fasiləsi verilir. 
Latviya təhsil sistemində I sinifdə dərslər 35 dəqiqə davam edir, yuxarı siniflərdə isə 40-45 dəqiqəyə qədər uzanır. 
Türkiyədə ibtidai sinif şagirdləri 40 dəqiqəlik dərslərdə iştirak edir və dərslər arasında 10 dəqiqəlik fasilələr təşkil olunur.
Sinqapurda dərslər 30-40 dəqiqə arasında dəyişir və burada oyun əsaslı öyrənmə metodları üstünlük təşkil edir. 
İngiltərədə isə şagirdlər fəaliyyət blokları ilə öyrədilir; qısa, 15-20 dəqiqəlik bloklar fasilələrlə növbələşərək dərs prosesini maraqlı və cəlbedici edir. 
Çin məktəblərində dərslərin müddəti adətən 40 dəqiqədir, bəzi bölgələrdə isə I sinifdə 35 dəqiqəyə qədər qısaldılır. 
Yaponiyada isə ibtidai sinif şagirdləri 35 dəqiqəlik dərslərlə məşğul olurlar.
Səhiyyə təşkilatlarının yanaşması
Amerika Pediatriya Akademiyasının (AAP) tövsiyələrinə görə, uşaqların diqqət saxlama qabiliyyəti onların yaşına uyğun dəqiqələrlə ölçülür. Məsələn, 6 yaşlı uşaq 6-8 dəqiqə, 7 yaşlı uşaq isə 7-9 dəqiqə fasiləsiz diqqət göstərə bilir. Buna görə də dərslərin qısa bloklarla təşkili, ardınca isə fəaliyyət dəyişikliyi vacibdir.
Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində isə qeyd olunur ki, 6-7 yaşlı uşaqlar ən geci 30-40 dəqiqədən bir ayağa qalxıb hərəkət etməlidirlər. Bu, həm fiziki, həm də zehni sağlamlıq baxımından zəruridir. 
Təhsil psixoloqları da diqqət müddətini sadə düsturla izah edirlər: yaş vurulsun 2-5 dəqiqə. Yəni 7 yaşlı uşaq dərs prosesində maksimum 14-35 dəqiqə diqqətini qoruyaraq öyrənə bilir. Bu isə yalnız oxu-yazı ilə deyil, oyun, rəsmlə məşğuliyyət, qrup işi kimi fəaliyyətlərin növbələşməsi ilə mümkündür.
Göründüyü kimi, bəzi ölkələrdə (Latviya, Yaponiya, İtaliya və s.) ibtidai siniflərdə dərs müddəti daha qısadır. Finlandiya və İngiltərə kimi ölkələr isə fasilələrin tezliyi və uşaqların aktivliyinə xüsusi diqqət yetirir.
Azərbaycanda mövcud qaydalar dərsin 45 dəqiqədən az olmamasını tələb etsə də, beynəlxalq təcrübə sübut edir ki, dərsin keyfiyyətinə təkcə müddət yox, həm də onun təşkili, fasilələrin düzgün planlanması və uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılması birbaşa təsir göstərir.

Sosial       Tarix: 25 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Dollar sabit qaldı, avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 24-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, AMB-nin yaydığı məlumata əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində saxlanılıb. Eyn

AMB bu günün valyuta məzənnələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, iyulun 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0359 manat təşkil edib. Rusiyanın 100 rublu 2,1806 manatadək

Neft ucuzlaşdı

Londonun ICE birjasında "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0.77% azalıb. xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 87.25 dollara bərabər olub. Eyni zamanda, WTI markalı nefti

Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı

Qlobal əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. xəbər verir ki, birja göstəricilərinə əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslər

Günəş kremi xərçəngə səbəb olurmu?

Sosial şəbəkələrdə günəş kremlərinin dəri xərçənginə səbəb olduğu ilə bağlı yayılan iddialar elmi araşdırmalar tərəfindən təsdiqlənmir. Mütəxəssislər bildirirlər ki, düzgün istifadə olunan günəş kremləri əksinə, zərərli ultrabənövşəy

Yol polisindən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi iyulun 25-29-da ölkə ərazisində gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməy

Şəhid övladları üçün "Zəfər" Amerika Yay Düşərgəsi keçirilir - FOTOLAR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasını

Dollarla bağlı gözlənilməz ssenari – yerini bu valyutalar tuta bilər

ABŞ Prezidenti Donald Trampın son aylarda atdığı addımların dolların qlobal valyuta kimi mövqeyinə zərbə vuracağı deyilir. Ekspertlər düşünürlər ki, Vaşinqtonun dünya ticarətində getdikcə daha çox məhdudiyyət tətbiq etməsi

Neft bahalaşdı: Brent 96 dolları keçdi

Dünya bazarında neftin qiyməti yüksəlişini davam etdirərək 96 dollar həddini keçib. KONKRET.azxəbər verir ki, Londonun "ICE" birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 2,08 ABŞ dolları (2,21%


azerbaycan xeberleri yeni xeberler son xeberler maşın realiti şou valyuta mezennesi banklar son xəbərlər azərbaycanda son xeberler bugun 2026 muharibe