İçib canlı yayımda söyüş söydü - Üç uşaq anası olan tiktoker tutuldu

İçib canlı yayımda söyüş söydü - Üç uşaq anası olan tiktoker tutulduSosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir tiktoker saxlanılıb.
KONKRET.az-ınxəbərinə görə, 31 yaşlı Masallı rayon sakini Samirə Baxışova (şərti adla) gecə saatlarında tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayımda isə nalayiq ifadələr işlədib və bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Buna görə də o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə inzibati protokol tərtib olunub.
3 uşaq anası olan S. Baxışova ifadəsində bildirib ki, "Nargilə" çay evində işləyir. Gecə saatlarında işdən çıxandan sonra yemək yemək üçün restorana gedib. Bu zaman tiktokdakı səhifəsində canlı yayım açıb. Get-gedə izləyicilərinin sayı artıb və onlar Samirəni təhqir ediblər. Buna görə o da həmin şəxslərə qarşı nalayiq ifadələr işlədib, daha sonra isə canlı yayımı bağlayıb.
Samirə Baxışova hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu deyib. O, əməlindən peşman olduğunu söyləyərək, barəsində cərimə növündə cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə S. Baxışova 700 manat məbləğində cərimələnib./Lent.az

Hadisə       Tarix: 21 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü

Bərdədə avtomobil 71 yaşlı qadını vuraraq öldürüb. xəbər verir ki, Nizami Bərxudar oğlu Cəfərov "Mersedes" markalı avtomobillə 1955-ci il təvəllüdlü piyada Əsli Yaqub qızı Muradovanı vurub. Piyada aldığı xəsarətlərdə


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun maliyye xeberler bugun iqtisadiyyat xeberleri bugun meherremlik 2026