İclaslara qatılmayan deputat parlamentdən QOVULDU - FOTO
Yaponiyada "GaaSyy" kimi tanınan siyasətçi və YouTuber Higaşitani Yoşikazu parlament iclaslarına qatılmadığı üçün mandatından məhrum edilib. Bu, son 72 ildə ilk dəfədir ki, parlamentdə tətbiq edilir.
KONKRET.azxəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilib ki, Yaponiyanın İctimai Televiziyası (NHK) əleyhinə apardığı siyasətlə tanınan deputat seçiləndən bəri parlamentdə olmayıb.
Qeyd olunub ki, ötən həftə parlamentdə üzr istəmək hüququndan istifadə etməyən Higaşitani ilə bağlı intizam komitəsinə müraciət edilib.
Parlamentin bəyanatına görə, 2022-ci ilin iyulunda seçildiyi vaxtdan bəri yapon YouTuber maaş və əlavə ödənişlərdən ümumilikdə 19 milyon yen (140.000 dollar) qazanıb.
İnstaqram üzərindən açıqlama verən GaaSyy seçkidən əvvəl Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşadığını bildirib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir