İcma sözçüsü: "Qərbi azərbaycanlılar reinteqrasiyaya və dinc yanaşı yaşamağa razıdırlar
Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan tərəfinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə inteqrasiyası barədə məsələni gündəmə gətirməsinin danışıqlar prosesinin irəli aparılmasına çətinlik törətməsi barədə iddiası və Ermənistan hökumətinin Qarabağ ermənilərinin hüquqları məsələsi ilə bağlı spekulyasiyalarına toxunub.
AZƏRTAC xəbər verir ki, o, bununla bağlı deyib: "Sakinlərin yaşadıqları ölkəyə inteqrasiyası sülhün şərtidir və bu, hər vəchlə təşviq olunmalıdır. Öz evlərində yaşayan Qarabağ erməniləri ilə müqayisədə qat-qat ağır vəziyyətdə olan Qərbi azərbaycanlılar ağrılı tarixi keçmişə baxmayaraq, reinteqrasiyaya və dinc yanaşı yaşamağa, barışığa razıdırlar.
Ermənistan hökumətinin evlərindən qovulmuş azərbaycanlıların hüquqlarını təmin etmək və bizim konstruktivliyimiz nümunəsində Qarabağ ermənilərini Azərbaycana inteqrasiyaya çağırmaq əvəzinə bu cür mövqe tutması riyakarlıqdır. A.Qriqoryan və Ermənistan hökumətinin digər rəsmiləri bilməlidirlər ki, insan hüquqları məsələsində onların ilk vəzifəsi o ölkənin qanuni sakinləri olan, evlərindən qovduqları azərbaycanlıların qayıdışına şərait yaratmaqdır". / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu