İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlandı
İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlanıb.
Elm və Təhsil Nazirliyindən azxeber.com-un sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman və idman-şahmat məktəblərində məşqçi-müəllimlərin işə qəbulu "Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası" nın (hissə 77) tələblərinə uyğun olaraq tənzimlənir.
Belə ki, məşqçi-müəllimlər təlim-tərbiyə metodlarını, idmanla məşğul olanların fiziki hazırlıq səviyyəsini, idman məşqlərinin aparılma metodlarını, təhlükəsizlik texnikası qaydalarını, sanitar-gigiyena normalarını, ilk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidirlər.
Həmçinin ödəniş dərəcələrinə ixtisas tələbləri da mütləqdir. Həmin tələblər aşağıdakılardır:
- 8-ci dərəcə: ümumi orta təhsil və "İdman ustası" adı;
- 9-cu dərəcə: orta ixtisas təhsili və 5 ilə qədər iş stajı;
- 10-cu dərəcə: orta ixtisas təhsili və 5 ildən az olmayaraq iş stajı və ya ali bədən tərbiyəsi təhsili və 5 ilə qədər iş stajı;
- 11-ci dərəcə; ali bədən tərbiyəsi təhsili və II ixtisas kateqoriyası;
- 12-ci dərəcə: ali bədən tərbiyəsi təhsili və I ixtisas kateqoriyası;
- 13-cü dərəcə: ali bədən tərbiyəsi təhsili və yüksək ixtisas kateqoriyası; və ya rəhbərliyi altında iki və daha çox məşqçi-müəllim çalışdıqda və ayrı-ayrı idman növləri üzrə metodiki rəhbərlik etdikdə - baş məşqçi-müəllim.
- 14-cü dərəcə: ali bədən tərbiyəsi və ya orta ixtisas təhsili və "Azərbaycan Respublikasının əməkdar məşqçi-müəllimi" fəxri adı olan idman üzrə məşqçi-müəllim və ya baş məşqçi-müəllim.
Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə F.Bakarov aprelin 29-da Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi
Millimiz Moldova yığmasına uduzdu