İdmançımız İrina Kindzerska Bakıya qayıtdı - FOTO
Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarının cüdo yarışlarında bürünc medal qazanan Azərbaycan millisinin üzvü İrina Kindzerska avqustun 1-də Bakıya qayıdıb.
Azərbaycan Cudo Federasiyasından Publika.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançımızı Federasiyanın əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçunun yaxınları qarşılayıblar.
İrina Kindzerskaya gül dəstələri təqdim olunub və onunla xatirə şəkilləri çəkdirilib.
Pandemiya ilə əlaqədar son ayların gərgin keçdiyini bildirən İrina Kindzerska Olimpiya Oyunlarında mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Tokio Olimpiadasının bürünc mükafatçısı deyib:
"Yaponiyaya çempionluq üçün yollanmışdım. Ancaq düşündüyüm kimi alınmadı. Yarımfinalda uduzduğum yaponiyalı atlet çox güclü cüdoçudur. Finalda da Kuba təmsilçisi Ortizə qalib gələrək olimpiya çempionu oldu. Buna baxmayaraq Azərbaycanın üçrəngli bayrağını Tokioda dalğalandırmağı bacardım. Bu çox qürurverici bir hissdir"
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarında cüdo üzrə yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - 9 idmançı ilə təmsil olunub.
İrinanın bürünc medal qazandığı Olimpiadanı Kəramət Hüseynov, Orxan Səfərov, Rüstəm Orucov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşangi Kokauri və Aişə Qurbanlı medalsız başa vurub.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti