İdmançımız Paris-2024-də qazandığı medalı geri qaytarır
2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançımız Qaşım Maqomedovun gümüş medalı keyfiyyətsiz olduğu üçün təşkilat komitəsinə qaytarılacaq.
KONKRET.azxəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov deyib.
"Paris Yay Olimpiya Oyunlarının mükafatçısı Qaşım Maqomedovun medalında aşınmalar aşkarlanıb. Digər idmançıların da medallarına baxılacaq, problem aşkarlanacağı təqdirdə onlar da geri qaytarılacaq", – deyə A.Bağırov bildirib.
Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançılar 100-dən çox medalı istehsalın keyfiyyətsizliyi ilə bağlı şikayətlərlə təşkilat komitəsinə qaytarıblar. İlk şikayətlərdən sonra təşkilat komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib. Lakin mükafatların kütləvi şəkildə qaytarılması fonunda medalların hazırlandığı Paris Zərbxanasının direktoru Mark Şvarts istehsalat şöbəsinin üç rəhbərini işdən çıxarmaq qərarına gəlib.

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək