İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını PİSLƏDİ
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir.
KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilir.
"Faydalı qazıntı yataqlarının ekoloji standartlara lazımi diqqət yetirilmədən işlənilməsi beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən qeyri-qanuni olmaqla yanaşı, həm də ciddi və qanuni narahatlıq doğurur. Baş Katiblik bütün mübahisəli məsələləri dialoq yolu ilə həll etməyə çağırır və Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndirir", – deyə sənəddə vurğulanır.
Həmçinin, qeyd olunur ki, Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməyə istinad edərək, qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin daha da normallaşdırılmasına çağırır.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO