İğtişaşlar Fransaya bu qədər ZİYAN VURDU
Fransada baş verən iğtişaşlar bir milyard avroya yaxın itkiyə səbəb olub.
KONKRET.az xəbər verir ki, bunu "Le Parisien"ə müsahibəsində Fransa Sahibkarlar İttifaqının rəhbəri Jofru Ru de Bezyo deyib.
Onun sözlərinə görə, nümayişçilər 200-dən çox müəssisəni tamamilə talayıb, 300 bank filialını və 250 tütün mağazasını dağıdıblar.
"Dəqiq rəqəm söyləmək hələ tezdir, lakin turizmə dəyən zərəri saymasaq, məbləğin milyard avrodan çox olduğunu təxmin edirik. Dünyada yayılan iğtişaşların videoları Fransanın imicinə xələl gətirir", – deyə o bildirib.
Xatırladaq ki, Fransada iğtişaşlar 27 iyun hadisələrindən sonra başlayıb. Belə ki, Parisin Nanter qəsəbəsində polis 17 yaşlı yeniyetmənin avtomobilini saxlayıb. O, gəncdən avtomobili tərk etməyi xahiş etsə də, rədd cavabı alıb. Buna cavab olaraq asayiş keşikçisi sürücüyə atəş açıb. O vaxtdan bəri Fransada etiraz aksiyaları keçirilir. Nümayişçilər avtomobilləri yandırır, mağazaları qarət edirlər. Fransa şəhərlərində asayişi qorumaq üçün 45 minə qədər polis əməkdaşı cəlb edilib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir