İki güləşçimiz Avropa çempionu oldu - FOTOLAR
İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.
KONKRET.az xəbər verir ki, çempionatda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb – 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) N.Quluzadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşıb. Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.
Milli komandamızın üzvü Laçın Vəliyev (87 kq) səkkizdəbir finalda ukraynalı Nikita Alekseyevi üstələyib – 8:5. L.Vəliyev dörddəbir finalda isveçli Alqot Kaellmana gücünü göstərib – 4:1. İdmançımız yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabı ilə qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordana 3:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, yunan-Roma güləşi üzrə U-20 millimiz Avropa çempionatına 2 qızıl medalla başlayıb.



Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi