İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul etdi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini qəbul edib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı 2020-ci ildə İtaliyaya dövlət səfərini, həmçinin ötən ilin sentyabrında rəsmi səfərini xatırladıb, İtaliyanın Prezidenti və digər yüksək rəsmi şəxsləri ilə görüşlərini məmnunluqla qeyd edib. Prezident İlham Əliyev imzalanmış sənədlərə əsasən Azərbaycan-İtaliya əməkdaşlığının strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini bildirib, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu deyib.
İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın yalnız enerji sahəsini deyil, çox geniş sahələri əhatə etdiyi bildirilib, elm və təhsil sahəsində əməkdaşlıq xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, ADA Universiteti ilə İtaliya universitetləri arasında imzalanmış sənədə uyğun olaraq, Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəal çalışdıqları vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq bütün sahələrdə dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacib komponenti olan TAP layihəsinin əhəmiyyəti qeyd edilib.
İtaliyalı nazir öz növbəsində qəbula görə təşəkkürün bildirib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Nazir ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını deyib.
Cilberto Piketto Fratin yaxın gələcəkdə TAP layihəsinin ötürücülük qabiliyyətinin artırılmasının əhəmiyyətini qeyd edib, İtaliyanın Azərbaycandan qaz idxalının artırılmasında maraqlı olduğunu bildirib. Qonaq Azərbaycanın böyük bərpaolunan enerji potensialına malik olduğunu deyərək İtaliya şirkətlərinin gələcəkdə bu sahədə də ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
***
12:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini qəbul edib.
KONKRET.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Siyasi       Tarix: 04 fevral 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 sonxeber.az cəbhədən xəbər xeberler bugun