İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edib.
azxeber.com əbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd etdi.
Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq, yeni hökumətin formalaşmasından qısa müddət keçməsinə baxmayaraq, müdafiə naziri səviyyəsində ölkəmizə səfərin həyata keçirilməsinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd etdi və əminliyini bildirdi ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq.
Romanın tarixi rayonunda Azərbaycan səfirliyinin yeni binasının açılışında ilk tədbirin ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasiminə həsr olunduğu xatırladan Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin Azərbaycandakı binasının inşasının yekunlaşmaq üzrə olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirərək qeyd etdi ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır. Prezident İlham Əliyev bu baxımdan Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğuladı. Prezident İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi, ikitərəfli münasibətlərimizin bundan sonra da mökhkəmlənəcəyinə ümidvarlığını ifadə etdi.
Prezident İlham Əliyev ilə görüşdən şərəf duyduğunu bildirən Quido Krosetto, ilk növbədə, İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, səfərdən öncə İtaliya Prezidenti ilə görüşü zamanı Sercio Mattarella özünün Azərbaycana, dövlətimizin başçısının isə İtaliyaya səfərini məmnunluqla xatırlayıb və Azərbaycan Prezidenti ilə dostluq əlaqələrinin mövcudluğunu bir daha vurğulayıb.
Dövlətimizin başçısı salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Prezidentinə çatdırmağı xahiş etdi.
Quido Krosetto səfərdən əvvəl, eyni zamanda, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə də görüşdüyünü bildirərək qeyd etdi ki, Ciorcia Meloni vurğulayıb ki, İtaliya müdafiə nazirinin ölkəmizə səfəri İtaliya hökumətinin Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu göstərir.
Nazir Quido Krosetto qeyd etdi ki, Azərbaycan Prezidentinin İtaliyaya səfərləri bu ölkədə hər zaman böyük məmnunluqla qarşılanır.
Qonaq Prezident İlham Əliyevin Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında İtaliyanın oynadığı rola verdiyi qiymətə görə minnətdarlığını ifadə etdi.
Quido Krosetto Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedi.
Söhbət zamanı energetika, inşaat, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

Siyasi       Tarix: 12 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az bu gun cəbhədən son xəbərlər 2026 son xəbərlər azərbaycanda krimnal xeber