İlham Əliyev Mərakeş kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.
azxeber.com xəbər verir ki, məktubda deyilir:
"Əziz Qardaşım,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan-Mərakeş ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

İzzət Zeynallı faciəvi şəkildə öldü - FOTO
Saxta plastik cərrah vətəndaşı şikəst qoydu — AÇIQLAMA
"Qırmızı yağış" yağacaq - Xəbərdarlıq edildi
Xameneinin iqamətgahı yaxınlığında atışma - ÖLƏNLƏR VAR
Rubl və avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
Roza Cəlilovanın mirası ətrafında QALMAQAL: DİN-dən REAKSİYA
Xocalı soyqırımından 34 il ötür
Bu halda səfərə çıxmaq orucu pozmur
Azərbaycan Ermənistana 4500 ton dizel göndərir
Bütün dünyaya bəs edəcək qızıl rezervi tapıldı - FOTO
İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub
Xocalı: Dağıdılmış şəhərin və sarsıdılmış insanlığın tarixi
Əli Əsədov Fuat Oktayla görüşdü
"Tıxac, toz-torpaq, külək…" - Prezidentdən Bakı haqda
Prezidentin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib