Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlamaErmənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Paşinyanın sözlərinə görə, hazırda Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir. O bildirib ki, layihənin reallaşması nəticəsində Ermənistan 1990-cı illərin əvvəllərindən mövcud olan nəqliyyat təcridindən çıxacaq.
"İlk növbədə, biz Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Biz Ermənistan-Türkiyə sərhədinin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Daha geniş kontekstdə isə bu, beynəlxalq logistikanı dəyişəcək, çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut əldə edəcək", - Paşinyan deyib.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz azxeber.com-a açıqlamasında bildirib ki, bu açıqlama Paşinyanın Cənubi Qafqazda yeni kommunikasiya mərhələsinə keçid istəyinin göstəricisidir:
"Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə ilə sərhədin açılması və dəmir yolu əlaqəsinin bərpası ilə bağlı açıqlaması Cənubi Qafqazda yeni kommunikasiya mərhələsinə keçid istəyinin göstəricisidir. Lakin bu proses yalnız Ermənistanın arzusu ilə deyil, regionda yaranacaq real siyasi etimad mühiti, Azərbaycan-Ermənistan sülh müqaviləsinin irəliləməsi və Türkiyə-Azərbaycan strateji koordinasiyası çərçivəsində mümkün ola bilər. İlin sonuna qədər sərhədin tam açılması nəzəri baxımdan mümkündür, amma bunun üçün bir neçə əsas şərt yerinə yetirilməlidir. İlk növbədə, Ermənistan Azərbaycanla sülh prosesində konkret, geri dönülməz və etimad yaradan addımlar atmalıdır. Sərhədlərin delimitasiyası, qarşılıqlı ərazi bütövlüyünün tanınması, Zəngəzur dəhlizi üzrə kommunikasiya xətlərinin açılması və revanşist ritorikadan uzaq durulması bu prosesin əsas şərtləridir".
O qeyd edib ki, Türkiyə burada Azərbaycanla koordinasiya içində hərəkət edəcək:
"Türkiyənin mövqeyi burada son dərəcə aydındır: Ankara Cənubi Qafqazda Azərbaycanla tam uyğunluq və koordinasiya içində hərəkət edəcək. Azərbaycan tərəfinin bilgisi, razılığı və strateji maraqları nəzərə alınmadan Türkiyə-Ermənistan sərhədinin açılması real görünmür. Çünki Türkiyə üçün məsələ yalnız ikitərəfli münasibət deyil, həm də Azərbaycan-Ermənistan sülh gündəminin sürətləndirilməsi, regional təhlükəsizlik arxitekturasının qurulması və Türk dünyasının nəqliyyat bağlantılarının gücləndirilməsi məsələsidir. Sərhədin açılması o halda mümkün ola bilər ki, Ermənistan bu addımı sülh müqaviləsini yubatmaq üçün deyil, əksinə, onu sürətləndirən bir mexanizm kimi qəbul etsin. Ankara bu prosesi Bakıdan ayrı deyil, Bakı ilə birlikdə idarə edəcək. Bu, həm Şuşa Bəyannaməsinin ruhuna, həm də Türkiyə-Azərbaycan müttəfiqliyinin strateji mahiyyətinə uyğundur".
"Nəticə etibarilə, ilin sonuna qədər məhdud və mərhələli açılım ehtimalı tamamilə istisna edilmir. Lakin tammiqyaslı sərhəd və dəmir yolu əlaqəsinin bərpası üçün Ermənistanın Azərbaycanla sülh müqaviləsi istiqamətində real addımlar atması həlledici olacaq. Türkiyənin əsas prinsipi dəyişməyəcək: regionda açılacaq hər qapı Azərbaycanın maraqlarına zidd deyil, Azərbaycanla birlikdə və sülhü möhkəmləndirəcək şəkildə açılmalıdır",-deyə Yücel Karauz qeyd edib.
Şahanə Ziyad

Siyasi       Tarix: 23 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler en son xeberleri son xəbərlər bugün 2026 xeberlər