İlham Əliyev Neftçala və Salyana səfəri zamanı mühüm məsələlər barəsində danışdı

İlham Əliyev Neftçala və Salyana səfəri zamanı mühüm məsələlər barəsində danışdıPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala və Salyan rayonlarına  səfər etmişlər.
Səfər çərşivəsində Neftçala Olimpiya İdman Kompleksinin, Bankə qəsəbə 2 saylı tam orta məktəbin, yenidənqurmadan sonra Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun  açılışlarında iştirak etmiş, Neftçalanın Yenikənd kəndində "Azerbaijan Fish Farm" MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olmuşlar. Salyanda "ASAN xidmət" mərkəzinin açılışında iştirak etdikdən sonra cənab İlham Əliyev Azərbaycan Televiziyasına geniş müsahibə verib.
Dövlət başçısı qeyd edib ki, bu il büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq. Vəsaitin əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə hərbi xərclərimiz olacaq: "Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq".
Ölkə prezidenti qeyd edib ki, iki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Bu gün tam əminliklə deyə bilərəm ki, yay aylarında artıq laçınlılar öz yurdlarına dönə biləcəklər. Birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq".
Bu gün Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda, Şərqi Zəngəzurda  və  yüzlərlə kənddə Azərbaycan bayrağı dalğalanır. Şərqi Zəngəzurun və Qarabağın bərpası dövlətimizin diqqətində olan əsas məsələlərdən biridir. Hazırda həmin ərazilərdə sistemli və ardıcıl şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir. Əsas hədəf sakinlərin tez bir zamanda ata-baba yurduna qayıtması, orada məskunlaşması və xoşbəxt yaşamasıdır. Bunun üçün dövlətimiz bütün zəruri addımları atır. Həm də qürurla deyə bilərik ki, Ağalı və Talış kəndlərinə sakinlər qayıdıb və orada yaradılan şərait göz qabağındadır. İnanırıq ki, işğaldan azad olunan bütün ərazilərimiz dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bərpa ediləcək.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində İrəvanda ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medal qazanan türk idmançıları Cansu Bektaşın və Qəmzə Altunun öz qələbələrini Azərbaycana həsr etməsindən də söz açıb: "Mehriban xanım və mən əziz qızlarımız Cansu və Qəmzəni təbrik etdik. Birinci, ona görə ki, onlar Ermənistanda – düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni əldə etdilər, Türk bayrağını yüksəklərə qaldırdılar. Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar. Mən onları bir daha təbrik etmək istəyirəm".
Mehparə Əhmədova
Masazır kənd 2 nömrəli tam orta məktəbin direktoru / azxeber.com

Siyasi       Tarix: 20 aprel 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler xeber.az son xeberler zelzele xəbərlər.com