İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul etdi

İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında təmasların müntəzəm xarakter daşımasından məmnunluğunu bildirərək, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə atılmış önəmli addım olduğunu qeyd etdi və Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə geniş heyətlə səfər etməsini də əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.
İkitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini dedi. Dövlətimizin başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğuladı və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi, İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Rəhbərlik etdiyi nümayəndə heyətinə öz həmkarları ilə bərabər, hökumət nümayəndələrinin də daxil olduğunu bildirən Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Azərbaycanda keçirəcəyi görüşlər zamanı əlaqələrin genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmlənməsi məsələsinin də müzakirə ediləcəyini bildirdi.
İon-Marçel Çolako Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafında xüsusi önəmini qeyd edərək strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
Qonaq dedi ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malikdir və Avropa İttifaqının strateji tərəfdaşıdır.
Görüşdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi. / azxeber.com

Siyasi       Tarix: 27 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntülər bu gunun xeberleri cəbhədən video siyaseti xeberler bugun