İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərindəki helikopter qəzası ilə bağlı başsağlığı verib.
KONKRET.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası baş verib. Belə ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin helikopteri yerli uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb, nəticədə 1-i uşaq olmaqla 14 nəfər ölüb, 25-i yaralanıb (onlardan 11-i uşaqdır).
Fəlakət nəticəsində Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub: daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Enin və nazirliyin dövlət katibi.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür