İlham Əliyevdən şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı FƏRMAN

İlham Əliyevdən şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı FƏRMANPrezident İlham Əliyev "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
azxeber.com xəbər verir ki, fərmana əsasən, Azərbaycanda şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsini təmin edən "Şəhərsalma Nəzarəti" altsistemi yaradılmalıdır.
Nazirlər Kabineti tikintiyə icazə və istismara icazə icraatı da daxil olmaqla şəhərsalma və tikinti inzibatçılığının, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi və rəqəmsal texnologiyaların yaratdığı imkanlar nəzərə alınmaqla, təkmilləşdirilməsi ilə bağlı təkliflərini 6 ay müddətində dövlət başçısına təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Şəhərsalma Nəzarəti" altsisteminin formalaşdırılmasını 2026-cı il yanvarın 1-nə qədər təmin etməli, aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin altsistemə çıxışını təmin etməlidir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə həmin altsistemin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin "Hökumət buludu"nda yerləşdirilməsini təmin etməli, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin və "Şəhərsalma Nəzarəti" altsisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Əsasnamənin "Elektron Tikinti Portalı" altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları 2024-cü il yanvarın 1-dən, "Şəhərsalma Nəzarəti" altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Sosial       Tarix: 27 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri bugun xeberler en sonxeber son xeber 2026