İlham Əliyevi Türkiyəyə aparan SƏBƏBLƏR: Görüşün PƏRDƏARXASI ilə bağlı İLGİNC AÇIQLAMA

İlham Əliyevi Türkiyəyə aparan SƏBƏBLƏR: Görüşün PƏRDƏARXASI ilə bağlı İLGİNC AÇIQLAMABir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə reallaşan səfəri geniş müzakirə edilib. Səfərin məqsədinin qardaş ölkəyə ən yüksək səviyyədə dəstək nümayiş etdirilməsi olsa da, tərəflərin regionda və dünyada baş verən digər mühüm mövzuları müzakirə etdikləri haqda siyasi şərhçilər tərəfindən fikirlər səsləndirilir. Bəs görəsən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsasən hansı məsələləri müzakirə etmək ehtimalı daha yüksəkdir?.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, İlham Əliyev əsasən baş verən faciə ilə bağlı Rəcəb Tayyib Ərdoğanın yanında olduğunu göstərmək məqsədilə Türkiyəyə səfər edib: "Amma bununla yanaşı "zəlzələ diplomatiyası"  davam edir. Belə ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfərlər edib. Gözləntim o idi ki, baş nazir Nikol Paşinyan da Türkiyəyə gedəcək və burada Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutacaq. Azərbaycan Prezidentinin Türkiyəyə bir qədər gec səfər etməsi də yəqin ki, bununla bağlı idi. Amma bu, mümkün olmadı və Brüssel görüşü ortalığa atıldı. Bundan sonra məlum oldu ki, nə Avropa, nə də ABŞ tərəflərin üçtərəfli görüşün Türkiyədə keçirilməsini istəmir".
İlham Əliyevi Türkiyəyə aparan SƏBƏBLƏR: Görüşün PƏRDƏARXASI ilə bağlı İLGİNC AÇIQLAMAPolitoloq hesab edir ki, Azərbaycan Prezidentinin  Türkiyəyə səfəri həm də Brüssel görüşünün detallarının müzakirəsinə həsr olunub: "Eyni zamanda Rusiyanın regionda nüfuzunun azalması da Türkiyə və Azərbaycan Prezidentlərinin müzakirə mövzusu ola bilər. Artıq danışıqlarda Rusiyanın irəli sürdüyü məsələlər və gizli müdaxilələr işə yaramır. Əvvəllər ortalıqda sülh müqaviləsinin imzalanması istiqamətində iki sənəd mövcud idi. Bunlardan biri Vaşinqton, digəri isə Kremlin sənədi hesab olunurdu. Amma indi yalnız Vaşinqton sənədi üzərində danışıqlar aparılır və bu, Azərbaycanı qane edir. Bu, Rusiyanın regionda fəallığının zəifləməsi deməkdir. Ona görə də,  Rusiyanın zəifləməsi fonunda Türkiyənin hansı addımlar atacağı, özünü necə aparacağı ilə bağlı məsələlər Prezidentlərin görüşündə müzakirə olunub".
Mövzu ilə bağlı saytımıza açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan və Türkiyə münasibətlərindəki qardaşlıq  əbədidir: "Hazırda Avrasiyanın orta xəttində inqilabi proseslər getməkdədir. Və bu proseslərin mərkəzində coğrafi cəhətdən Türkiyə yerləşdiyindən, nəqliyyat-kommunikasiya, geosiyasi və hərbi istiqamətlər bu və ya digər şəkildə həm də Ankaradan asılıdır. Təəssüflər olsun ki, qardaş ölkədə baş verən zəlzələ  həmin prosesləri bir qədər təxirə saldı. Belə bir vaxtda Azərbaycan həmişəki kimi Türkiyənin yanında oldu. Səfər çərçivəsində çox güman ki, iki ölkə qarşısında dayanan çağırışlar, tərəflərin etməli olduğu işlər, Qafqazdakı proseslər müzakirə edilib. Bundan sonra da qarşılıqlı kordinasiya şəklində Azərbaycan və Türkiyə regional təhlükəsizlik və sülh mövzularında birgə addımlayacaqlar".
İlham Əliyevi Türkiyəyə aparan SƏBƏBLƏR: Görüşün PƏRDƏARXASI ilə bağlı İLGİNC AÇIQLAMAMüşviq Tofiqoğlu,
KONKRET.az 

Siyasi       Tarix: 28 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntülər bu gunun xeberleri cəbhədən video siyaseti xeberler bugun