"İlham Əliyevin Azərbaycanın inkişafına töhfəsi dünya miqyasında təqdirəlayiqdir

"Prezident İlham Əliyevin Azərbaycanın inkişafına müstəsna töhfəsi dünya miqyasında təqdirəlayiqdir".
Bu barədə "Trend"ə Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç deyib.
"Güclü və müdrik siyasi rəhbərlik olmadan mühüm nəticələr mümkün olmazdı və bu, Prezident İlham Əliyevin xidmətidir. Azərbaycanın son illər ərzindəki nailiyyətləri dünya ictimaiyyətinin səmimi heyranlığına layiqdir", - o deyib.
Orliç bildirib ki, son 20 il ərzində Serbiya və Azərbaycan arasında möhkəm dostluq əlaqələri inkişaf edib və strateji tərəfdaşlıq qurulub. Tərəflər bir-biri ilə hərtərəfli əməkdaşlığı da fəal inkişaf etdirirlər.
"Bu gün ölkələrimiz arasındakı münasibətlər öncə möhkəm dostluq və liderlərimiz Prezident Aleksandar Vuçiç və Prezident İlham Əliyevin qarşılıqlı hörmət və dəstəyi əsasında qurulur. Hər iki ölkənin hökumət, parlament və vətəndaşları sıx əlaqə saxlayırlar. Serbiya və Azərbaycan arasında səmimi-qəlbdən qürur duyduğumuz münasibətlər gələcəkdə də möhkəmlənməkdə davam edəcək", - deyə Orliç qeyd edib.
O, həmçinin, Azərbaycanın Serbiyanın ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirdiyini və Belqradın buna görə minnətdar olduğunu bildirib.
"Dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması dünyanın bütün ölkələri üçün son dərəcə vacib olan müqəddəs hüquqdur və BMT Nizamnaməsi ilə hər bir dövlət üçün təmin edilir. Serbiyanın bu məsələ ilə bağlı mövqeyi belədir və biz bütün dünya qarşısında bunu açıq şəkildə deyirik. Ölkələrimiz anlayır ki, təəssüf ki, dünyada heç də hamı bu məsələ ilə bağlı bu cür prinsipial mövqeyə malik deyil. Məhz bu səbəbdən Serbiya və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət uğrunda mübarizədə səylərini birləşdirməlidirlər. Dövlətin öz ərazi bütövlüyünün bərpası üçün hərbi-siyasi strategiyadan istifadə etmək hüququ danılmazdır. Azərbaycan tərəfindən Serbiyanın suverenliyinin dəstəklənməsi xalqlar arasındakı səmimi dostluğun böyük sübutudur. Azərbaycan daim Serbiya tərəfindən analoji dəstəyə bel bağlaya bilər. Serbiya özü üçün arzuladığı sülh, sabitlik, tərəqqi və inkişafı Azərbaycan üçün də arzu edir", - Orliç deyib.
O, Azərbaycanda keçiriləcək prezident seçkisinin tarixi əhəmiyyət daşıdığını, müstəqilliyin bərpasından sonra seçkilərin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcəyini qeyd edib.
"Ölkənin bütün vətəndaşlarının səsvermədə iştirak etməsi olduqca vacibdir, çünki ölkənin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır. İstər siyasət sahəsi, istərsə də infrastruktur və həyat keyfiyyətində müstəqil siyasət olmadan irəliləyiş əldə etmək mümkün deyil. Həm Azərbaycan, həm də Serbiya məhz bu cür siyasət yürüdən liderlərin qətiyyəti və uzaqgörənliyi sayəsində bu həqiqəti yaxşı dərk edirlər. Ölkələrimizin vətəndaşları işıqlı gələcəyin təmin olunması üçün seçkilərdə fəal rollarının nə dərəcədə vacib olduğunu dərk edir və öz səslərini onları bu işıqlı gələcəyə aparmaq iqtidarında olan ən yaxşı liderlərə verirlər", - o vurğulayıb. / azxeber.com

Siyasi       Tarix: 03 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber sonxeber az xeberler azerbaycan hava proqnozu