İlham Əliyevin Münxen uğuru – Azərbaycan nələrə nail oldu?
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qərb siyasətçiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi ikitərəfli görüşlər bəzi qüvvələrin ölkəmizin "təcrid" siyasəti yürütdüyünü və "hakimiyyətin kitabının bağlandığı" kimi məntiqsiz iddiaları alt-üst etdi.
Konfransın işini işıqlandıran Azərbaycanın media nümayəndələri bu görüşlərin qarşı tərəflərin təşəbbüsü ilə baş tutduğunu dönə-dönə vurğulayır, Qərbin ölkəmizə olan marağının daha da artdığını diqqətə çatdırırdılar. Amerikanın və Avropanın pul kisəsindən və mərhəmətindən aslı olmayan vətənimizin mötəbər tədbirdəki duruşu heyranlıq doğurmaya bilməzdi.
Dövlət başçısı isə andiçmə mərasimində səsləndirdiyi "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir" və "bizə bu məsələdə vasitəçi lazım deyil" fikirlərinə sadiqliyini bu konfransda əməli şəkildə sübut etdi.
Məsələn, ev sahibi olaraq Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsinə təşəbbüs göstərən Almaniya Kansleri Olaf Şults qonaqları salamladıqdan sonra danışıqlarda iştirak etmədi. İkitərəfli danışıqlardan çıxdıqdan sonra Paşinyanın halını görənlər İlham Əliyevin, hər zaman olduğu kimi, ölkəmizin milli maraqlarından bir addım belə geri çəkilmədiyini sübut edirdi. Hərçənd, bu dəfə Paşinyanın "bəxti"nin gətirdiyini də deyə bilərik. 4 il öncə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İlham Əliyevlə keçirilmiş debat zamanı Ermənistanın baş nazirinin düşdüyü bədnam durumu indiyədək hər kəs yaxşı xatırlayır…
Hələlik, Münxen danışıqlarının xırdalıqları barədə ətraflı məlumat verilməsə də, görüşlərin xarici işlər nazirləri səviyyəsində davam etdirilməsi və sərhədlərin delimitasiyası ilə bağlı ayrıca görüşün keçirilməsi ilə nəticələndiyi məlumdur.
Ən əsası isə bəzi Qərb dövlətlərinin "Ermənistan aləti"ni Azərbaycana qarşı istifadə etmək cəhdləri boşa çıxdı.
Xatirə SADİQ,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz