İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi

İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildiXalqımızın tarixində bir çox unudulmaz təqvimlər, Azərbaycan dövlətçiliyi baxımından vacib, taleyüklü məqamlar olmuşdur. 2023-cü ilin 21 dekabrı ən yeni tariximizin əlamətdar günlərindən biri kimi təqvimə düşdü. Azərbaycan xalqı öz dövlətini qurmuş, uzun illər təzyiqlərə, hər cür məhrumiyyətlərə baxmayaraq, müstəqilliyini bərpa etmiş və bu gün öz taleyinin, müstəqil dövlətinin sahibi olan xalqlardan biri kimi, gələcəyə inamla addımlayır. Bu gün dünyada 4 minə yaxın xalq var və Azərbaycan xalqı bu tarixi nailiyyəti, xoşbəxtliyi yaşayan xalqlardan biridir.
Ötən gün Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında oyun Azərbaycan tarixində əlamətdar hadisənin baş verməsi ilə yadda qaldı. Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə oldu. Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün! Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin. Bəli, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi. Bu, şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi oldu. İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. 
Yerigəlmişkən futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Tarixi hadisə olan rəsmi oyunu paytaxt Bakıdan və digər bölgələrdən də xeyli sayda insan, o cümlədən idman ictimaiyyətinin nümayəndələri izləməyə gəlmişdir. 
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tarixi futbol oyununun açılış mərasimində çıxış edib və sonra arenaya daxil olaraq meydanın mərkəzindən ilk zərbə ilə topu oyuna daxil edib. "Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib. "Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır"- dövlət başçısı bildirib.
Sonda fikrimi tamamlayaraq bildirmək istəyirəm ki, tarixi ədalət, gec də olsa, təcəlli etdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və üç il sonra 2023-cü ilin 23 saatlıq əməliyyatı ilə Azərbaycanın Qarabağda suverenliyi tam və qəti şəkildə bərqərar oldu və üç ay sonra "Qarabağ" Xankəndidə meydançaya çıxdı. Mən də özümü çox xoşbəxt hiss edirəm ki, bu oyunu böyük qürur və sevinc hissi ilə izləyənlərin sırasında idim.
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Xalqı! 
Elgiz Səlimov, R.Əliyev adına 3 nömrəli tam orta məktəbin hərbi rəhbəri / azxeber.com

Sosial       Tarix: 23 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar son xeberler bugun 2026 muharibe son xeberler azerbaycan xeber.az bu gun