İllərdir yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: "Deyirlər ki, guya son nəfəsidir

İllərdir yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: Tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəziyyəti stabildir.
azxeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a meyxana ustadının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.
R.Cənnətov meyxana ustadının vəziyyətinin eyni qaldığını bildirib:
"Dünən saytlarda dayımın vəziyyətinin pisləşməsi ilə bağlı məlumatlar gedib. Hər kəs narahat olub. Vəziyyəti əvvəlki kimidir. Necə varsa, elədir. Həkimlər bacardıqlarını edirlər. Düzdür, ağrıları olur. Yataqda olan adamdır. Ayağa qalxmaq istəyir. Bütün günü qışqırmır. Beyni ilə əlaqəlidir. Birdə görürsən ki, danışır, söz başa salmağa çalışır, adam tanıyır. Bəzən elə olur ki, heç kəsi görmək istəmir".
Bacısı oğlu dayısının dərdinə çarə tapılmadığını qeyd edib:
"Müalicəsi davam etdirilir. Həkim əlindən gələni edir. Diaqnozu beyin insultudur. İnsult var düzəlir, bu düzəlmir. Dərdinə çarə tapılmır. Heydər Əliyev Fondu müalicəsini üzərinə götürdü. İsrailə qədər sənədlərini göndərdilər. Lakin həkimlər əməliyyata razı olmadılar. Dedilər ki, ocaq yuxarıda olsaydı, əməliyyat mümkün idi. Aşağıda olduğu üçün çətindir".
R.Cənnətov sonda Ağakərim ilə bağlı yanlış xəbərlərin yayıldığını qeyd edib:
"Yalan məlumatlar gedir. Deyirlər ki, guya son nəfəsidir. Düzgün deyil. Məlumatı şişirtməyə ehtiyac yoxdur. Qisməti nədirsə, o da olacaq".
Sənət yoldaşı Ağamirzə Məmmədov meyxana ustadı Ağakərimin ağrılar içərisində olduğunu qeyd edib:
"Ağakərim uzanıb qalıb. Danışa, gəzə bilmir. 10 dəfə salam verirsən, birində alır, ya almır. Ağrıları olur, toxunanda qışqırır. Uzun müddətdir belədir. Allah hamıya kömək olsun. Kərim dostumuz da onların içərisində.
Həkimlər deyir ki, xəstəliyin çarəsi yoxdur. Belə qalsa, yaxşıdır. Neçə dəfə insult keçirib. Dövlətimiz hər zaman dəstək olub. Müalicələrin heç bir xeyri yoxdur. Heç bir irəliləyiş yoxdur. Belə qalsa, şükürdür".
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Həmin gündən söz ustadının səhhətində ciddi problemlər yaranıb.

Şou Biznes       Tarix: 19 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər bugün ən son xəbərlər cəbhədən son görüntülər xəbərlər