İmamoğlunun həbsi Türkiyəyə 25 milyard dollara başa gəldi
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra bazarlarda yaranan qarışıqlığın ardından Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Türkiyə Mərkəzi Bankının (TMB) sədri Fateh Karahan xarici fond rəhbərləri ilə görüşüb.
KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, Fateh Karahan bazarlardakı qarışıqlığı sakitləşdirmək üçün lazım olan hər şeyi edəcəklərini bildirib.
Karahan bu vəziyyətin müvəqqəti olduğunu bildirib.
O, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaqın ilk üç günündə bazarlardakı şokun qarşısını almaq üçün TMB-nin nə qədər valyuta satdığı ilə bağlı məlumatları da paylaşıb.
İclasda iştirak edən mənbələrdən əldə edilən məlumata görə, ilk gün, yəni martın 19-da 10 milyard dollar, ikinci gündə isə 3 milyard dollarlıq satış edilib. Bazardan ən yüksək tələb üçüncü gün – martın 22-də olub. Həmin gün TMB 12 milyard dollar satıb.
Beləliklə, 3 gündə cəmi 25 milyard dollar satılıb.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi