İmpiçment qərarı Ağ Evi ayağa qaldırdı - Tramp günahsız çıxacağına əmindir
ABŞ Konqresi Nümayəndələr Palatasının prezident Donald Trampın impiçmenti üzrə iki - "Səlahiyyətlərin aşılması" və "Konqresə mane olma" maddələrinə səs verməsi Ağ Evi ayağa qaldırıb.
Publika.az xəbər verir ki, Ağ Evin mətbuat ofisindən verilən açıqlamada Nümayədələr Palatasının qərarı Amerika xalqının tarixində ən utancverici siyasi hadisələrdən biri kimi dəyərləndirilib.
Sözügedən ittihamların heç birinin respublikaçı senatorlardan dəstək almadığına işarə verilən açıqlamada ortada heç bir yanlışlığın olmamasına rəğmən, impiçment maddələrinin Nümayəndələr Palatasından keçdiyi vurğulanıb: "Bütün bu məsxərəlik demokratların bu ölkənin xalqı üçün çalışan bir Konqresə ehtiyac duyduğuna dair baxışlarını itirdiyini açıq şəkildə ortaya qoyur. Amerika xalqı bu utancverici davranışa aldanmır. Trampın Senatın Nümayəndələr Palatasındakı proses boyunca diqqətdən kənar qalan nizam, ədalət və ittiham prosesini təmin edəcəyinə inancı tamdır. O, bundan sonrakı addımlar üçün hazırdır və tamamilə günahsız çıxacağına güvənir".
Qeyd edək ki, palatada 197 senator iddialara "yox", 230 senator isə "hə" deyib. İttihamnamə dosyesi qərar verilməsi üçün Senata göndərilib.
Donald Tramp bununla Endryu Conson və Bill Klintondan sonra Nümayəndələr Palatasında haqqında impiçment açılmış 3-cü prezident oldu.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək