İMZALAR ATILIR: Novruz Gürcüstanın milli bayram ola bilər

İMZALAR ATILIR: Novruz Gürcüstanın milli bayram ola bilərNovruz bayramının Gürcüstanda milli bayram elan olunması tələbi ilə petisiya hazırlanıb.
Publik.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, müraciətin müəllifi ictimai fəal Samirə Bayramovadır.
Azərbaycan və gürcü dillərində olan petisiya www.manifest.ge saytında yerləşdirilib və 2 min imza toplandıqdan sonra Gürcüstan parlamentinə ünvanlacaq.
Sənəddə bildirilib ki, Gürcüstan etnik rəngarəngliyi ilə seçilir və bu da ölkənin zənginliyidir: "Uzun illərdir ki, Gürcüstanda inteqrasiya siyasəti həyata keçirilməyib. Ölkədə yaşayan müxtəlif etnik azlıqların nümayəndələri Gürcüstanı öz vətənləri hesab edirlər, lakin ölkənin siyasi və ya mədəni həyatında onların iştirakı demək olar ki, görünmür".
Petisiya müəllifi hesab edir ki, xalqları bir-birinə bağlayan və yaxınlaşdıran onların mədəniyyətidir: "Bu birliyi qeyd etmək üçün mükəmməl nümunə - UNESCO-ya qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz bayramıdır. Gürcüstanda Novruz uzun əsrlərdir qeyd edilir. Bunu məşhur gürcü poeması "Pələng dərisi geymiş pəhləvan" sübut edir. Novruzun milli bayram elan edilməsi Gürcüstanda yaşayan müxtəlif etnik qrupların dostluğunun möhkəmlənməsində, mədəni və sosial əlaqələrin güclənməsində mühüm rol oynayacaq. Dövlət tərəfindən bu qərarın verilməsi ölkəmizin çoxmədəniyyətli keçmişinin, bu gününün tanınmasına və gələcəkdə gücləndirilməsinə yönəlmiş mühüm bir siyasi mesaj olacaq".
Müraciətin qanunverici orqan tərəfindən nəzərə alınması üçün 2 min imza toplanmalıdır. Petisiyaya imza üçün link https://manifest.ge/main/item/3197 /publika.az

Dünya       Tarix: 22 fevral 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber 2026 son xəbər en son xeberler bu gun cəbhədən görüntüleri