"İndi bir məqsədim var, o da "Neftçi"dir" - Vernidub

"Neftçi" Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.
KONKRET.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– İki hissə arasındakı bu qədər fərqin olmasının səbəbi nə idi?
– Birinci hissədə həqiqətən "Neftçi"nin performansı çox yaxşı idi. Bizim çox yaxşı qol epizodlarımız var idi. Ən azından 6-7 epizodumuz var idi, amma vura bilmədik hamısını. 60-cı dəqiqəyə qədər də yaxşı oynadıq. Düşünürəm ki, ondan sonra əsas rolu psixologiya oynadı. Hesab 2:0 oldu, futbolçular bir az sakitləşdilər. 60 dəqiqə ərzində rəqibə maksimum pressinq etmək istəyirdik. 60 dəqiqə ərzində qapımız qarşısında cəmi 1 epizod oldu, qapıçımız da bizi də xilas etdi. Biz isə 4-cü dəqiqəyə qədər 2 epizod yaratmışdıq. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, çalışmalıyıq ki, oyunçuların fiziki durumları daha yaxşı olsun. Mən də baş məşqçi kimi analiz etməliyəm. Şadam ki, kapitanımız geri döndü. Möhkəm insandır, bu cür zədə ilə geri qayıtdı. Emin bizim üçün açar oyunçudur. Ümid edirəm ki, onda hər şey yaxşı olacaq.
– Artıq avrokubok zonasının astanasındasınız. Üzərinizdə əlavə təzyiq hiss edirsiz?
– Mən təzyiq hiss etmirəm. Getdikcə dərəcə artır. Əsas odur ki, bizim oyunçular bunu başa düşsünlər və dərəcəni saxlasınlar. Çünki bundan sonrakı bütün oyunlar sanki kubok finalı kimidir. Ona görə xallarımızı qazanmalıyıq, irəli getməliyik. Bu ay ərzində oynayacağımız komandalar da bunu istəyir, "Zirə" və "Qarabağ", Ona görə bu oyunlardan çox şey asılı olacaq. Uşaqlar bunu başa düşür. Hər birinə hörmətlə yanaşırıq. Çıxıb oynayacağıq. Hər şeyi Allah bilir.
– Siz gəldikdən sonra Vensan Abubakar start heyətində yer almayıb. Bu onu göstərir ki, yeni mövsüm üçün planınızda Abubakar yoxdur?
– Mən mətbuatı oxuyanda bəzən gülümsəyirəm. Çünki elə şeylər olur ki, onlar haqda, ümumiyyətlə, heç nə deməmişəm, demək də istəmirəm. Abubakar komanda oyunçusudur, "Neftçi"nin futbolçusudur. Onun zədəsi var idi. Üç həftə məşq etmədi. Müalicə alırdı. Beş gün məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni söz Bassala Sambuya da aiddir. O, məşqlərə başlayıb, amma fərdi məşqlər edir. Yəqin ki, bərpasına 2-3 həftəyə geri qayıdacaq. Hər şey yaxşı getsə, "Qarabağ"la 2-ci oyuna çıxarmaq olar. Amma bu da şübhəlidir. Hər birini gözləyirəm. Böyük ümidlər var. Eyni məsələ Ştoqrinə də aiddir. Dünən zəhərlənib. Hətta 23-lükdə adı da yox idi.
– Bassala Sambu da geri qayıtdıqdan sonra ola bilər ki, 9 nömrəsiz oynamağa davam etsin? Çünki komanda hücumda daha rəngarəng görünür…
– Gözləyək, görək o nə vaxt qayıdır. Ondan sonra düşünüb təhlil edərik.
– Ukrayna mətbuatında millinin baş məşqçi postuna namizədlər arasında göstərilirsiniz. Bu, doğrudur?
– Son aylarda Ukraynadan heç bir jurnalistlə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur. Yazırlar ki, Kənan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiniz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından orada doğrunu deyəcəyəm. Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə kimsə mənim də adımı ora daxil ediblər. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da "Neftçi"dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək. Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər gedəcəyik. Görürsünüz ki, nə qədər məsafə qət etmişik. Futbolçulara təşəkkür edirəm ki, üzərlərində işləyirlər, məşqlərdə çox peşəkardırlar. Klubun rəhbərliyinə də təşəkkür edirəm. Onlar da oyunçulara böyük motivasiya göstərirlər, dəstək göstərirlər. Ortada belə nəticə var. Komanda ilə rəhbərlik bir olanda, bu böyük gücdür.//qafqazinfo

İdman       Tarix: 12 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər hava haqqinda son xeberler az krimnal bugun