İndi məni tanımırlar, heç olmasa, bundan sonra tanıyın' - Jurnalistə kobud cavab verən tarzən danışdı

İndi məni tanımırlar, heç olmasa, bundan sonra tanıyın' - Jurnalistə kobud cavab verən tarzən danışdıƏməkdar artist Aygün Bəylərin ata evində İTV-nin müxbiri Ləman Abbaslı ilə tarzən Elxan Müzəffərli arasında yaşananlar ictimaiyyətdə hələ də müzakirə edilir. Mövzu ilə bağlı Globalinfo.az-a danışan tarzən Elxan Müzəffərli heç bir kobudluq etmədiyini bildirib.
O, A.Bəylərin ailəsinin çəkiliş aparılmasına qarşı olduğunu deyib:
"Jurnalistlərə ev sahibi dedi ki, "çəkilişi yığışdırın, çıxın gedin. Çəkiliş lazım deyil, toya gəlməmisiniz, tamaşa göstərilmir, camaat burada yas içindədir, ağlayır, amma siz mane olursunuz".
Bu sözlərdən sonra müxbir əlində mikrofon, yanında da operator yaxınlaşdı mənə. Baxıram ki, hər kəs haqqımda ağzına gələni yazır, lakin o sözlərə layiq biri deyiləm. Mən orada təhqir etməmişəm. Orada "səni bura kim göndərib" sualını haqlı olaraq vermişəm. Mənə maraqlı gələn o oldu ki, ev sahibi deyir, çəkmə, bunlar mənim üstümə gəlirlər, görüm, bunları kim mənim üstümə göndərib? Kobudluq edərək mənə cavab verdi ki, "nə fərqi var, kim göndərib?!"
E.Müzəffərli deyib ki, həmkarımızın cavabı onu qıcıqlandırıb:
"Necə yəni nə fərqi var?! Fərqi çoxdur! O məni tanısaydı, elə hərəkət etməzdi. Mən evin adamıyam, qonşusuyam, qulağım eşidə-eşidə də Aygün xanımın bacısı Zümrüd xanım çəkilişə icazə verilmədiyini deyir. Mən orada danışsam, sabah adam qayıdıb deməz ki, "evimizin adamısan, ayıb deyil, sözümüzü heçə sayıb, açıqlama verirsən?!"
Arada mən pis olacam ki, ailənin sözünü yerə salıb açıqlama verirəm. Kiçik söhbəti çox böyütdülər".
Tarzən özü haqqında məlumat verib:
"Mən 50 il Asəf Zeynallı adına kollecdə müəllim işləmişəm. Paralel olaraq 50 il də Səttar Bəhlulzadə adına mədəniyyət evində, bir neçə il Milli Konservatoriyada çalışmışam. İki ansambl yaratmışam. İndi məni tanımırlar, heç olmasa, bundan sonra tanıyın". / azxeber.com

Sosial       Tarix: 10 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat sonxəbər son xeberler bu gun bugünki xəbərlər