İngiltərə Azərbaycan Ordusundan dərs götürdü: Qarabağ döyüşlərindən sonra...
Azərbaycan Ordusunun Dağlıq Qarabağda Ermənistan hərbi birləşmələrinə qarşı əldə etdiyi misilsiz qalibiyyətdən sonra Britaniya hərəkətə keçib.
Publika.az xəbər verir ki, Birləşmiş Krallıq yeni silahlı pilotsuz uçuş aparatları proqramına start verəcək.
"Guardian"ın xəbərinə görə, müdafiə sənayesi rəsmiləri Azərbaycan Ordusunun qələbəsində Türkiyə istehsalı PUA-ların önəmli yer tutduğuna inanır.
Müdafiə Nazirliyi mənbələri bildirir ki, silahlı PUA-ların geniş yayılmasının riskləri haqqında xəbərdarlıqlara rəğmən, Britaniya 2021-ci ilin əvvəllərində açıqlanacaq 5 illik müdafiə büdcəsinin bir parçası olaraq özünün daha ucuz PUA-larına sahib olmaq istəyir.
Xəbərdə "Baykar Bayraktar TB2"nin 150 kilometrə qədər mənzilə sahib olduğu, havada 24 saat qala bildiyi vurğulanıb. Əlavə olaraq, bu PUA-ların digər ölkələrinkinə nisbətən ucuz olması döyüş zamanı onlardan bir neçəsinin itirilməsinin riskə gedilə biləcəyi qeyd edilib.
Krallıq Silahlı Qüvvələri İnstitutunun professoru Maykl Klark bildirib ki, Azərbaycanın PUA-lardan istifadəsi zəfərdə həlledici olub.
Qeyd edək ki, İngiltərənin Müdafiə naziri Ben Ualles 11 dekabrda verdiyi açıqlamada Türkiyənin yeni nəsil PUA-larını nümunə göstərmişdi.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək