İnsan izdihamı yaşanan xəstəxana ilə bağlı TƏBİB-dən AÇIQLAMA

İnsan izdihamı yaşanan xəstəxana ilə bağlı TƏBİB-dən AÇIQLAMAAbşeron Rayon Mərkəzi Xəstəxanasında şənbə günü olmasına baxmayaraq, 6 qeydiyyatçı xəstəxananın giriş hissəsində, 2 qeydiyyatçı isə Radiologiya şöbəsində qeydiyyat prossesini icra edir.
Bu barədə azxeber.com-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bir çox müəssisələrdə qeyri-iş günü olması səbəbindən işləyən insanların şənbə günü tibb müəssisələrinə daha çox müraciəti müşahidə olunur.
"Abşeron Rayon Mərkəzi Xəstəxanasına tibb xidmət almaq üçün müraciət edən şəxslərin sayı 2500-3000 civarında dəyişir. Bu bir şəxsə 4-5 tibbi xidmətin göstərilməsi deməkdir. Bundan başqa, qeyd etməliyik ki, əksər vaxt pasiyentlər tibbi xidmət ehtiyacı olmayan yaxınları ilə birgə tibb müəssisələrinə gəlirlər. Bu da əlavə sıxlıq yaradır".
"Vətəndaşların xidmətlərə əlçatanlığının təmin edilməsi üçün hazırda onlar birbaşa ixtisaslı həkimə müraciət edir, artıq ailə həkiminə müraciət zərurəti yoxdur. İxtisaslı həkimdən yardım üçün isə çoxsaylı birbaşa müraciətlər var. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur.
Həmçinin qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müarciətlər növbəsiz şəkildə qəbul olunur.
Sözügedən məsələni tənzimləmək üçün "e-tabib" tətbiqi vasitəsilə randevu və onlayn qeydiyyat sisteminin tətbiqi bu növbələrin qarşısını almağa hesablanıb.
Eyni zamanda, Abşeron Rayon Mərkəzi Xəstəxanasında da qeydiyyat və gözləmə yeri genişləndirilir, elektron tablolar qurulur. Yaxın günlərdə proses başa çatdırılacaq.
Onu da diqqətə çatdırmaq istəyirik ki, vətəndaşlarımız birbaşa ixtisaslı həkimlərə müraciət etmək əvəzinə, növbələrdən xilas olmaq üçün poliklinikalar üzrə təhkim olunmuş ailə həkimlərinin qəbulunda ola bilərlər. Ailə həkimləri onların sağlamlıqları ilə bağlı problemləri düzgün şəkildə müəyyənləşdirərək ixtisaslı həkimlərə göndərəcəklər ki, bu da həmin şəxslərin vaxtlarına da qənaət edəcək".

Sosial       Tarix: 28 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeberler bugun 2026 muharibe enson xeberler metbuat xeberleri