İqbal Ağazadənin hesabı oğurlandı, Ləman Ələşrəfqızı isə... - ŞOK DƏLƏDUZLUQ

İqbal Ağazadənin hesabı oğurlandı, Ləman Ələşrəfqızı isə... - ŞOK DƏLƏDUZLUQ"Məni aldatdılar dostlar. Şərəfsizin biri İqbal Ağazadə adı ilə Teleqram kanalından "Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın" yazdı, 2-3 saata göndərəcəm dedi. Mən də heç soruşmadan baş üstə İqbal bəy – dedim, Ardınca 420 manat da bir istədi. Dedim ki, 300 var kartımda. Onu göndərə bilərəm. Toplam 600 AZN göndərəndən sonra bu şərəfsiz bir də Teleqramdan qısa zəng etdi. İndi də 340 manat göndərməyimi istəyirdi. Yalnız onda şübhələndim. Yığdım, qaldırmadı. İqbal bəyi adi nömrəsindən yığdım, məlum oldu ki, onun Teleqram hesabı oğurlanıb və o, bu haqda facebookda yazıbmış".
KONKRET.az xəbər verir ki, bunu tanınmış aparıcı Ləman Ələşrəfqızı sosial şəbəkə hesabında paylaşıb.
"Əlbəttə, çox sadəlövh davrandım. Buna görə məni qınayanlar da olacaq şübhəsiz. Əvvəla ona görə ki, vaxtaşırı xəbərlərimdə DİN-in kiber cinayətkarlıqla bağlı məlumatlarını şəxsən özüm çatdırıram və birdən-birə də özüm qurbana çevrilirəm. İkincisi, İqbal Ağazadənin Ləman Ələşrəfqızıdan pul istəyə biləcəyi ehtimalının da sıfır olacağını bilə-bilə belə yanlışa yol verdim. Məni çaşdıran nə ola bilərdi əcəba? Deyim! Əvvəla, bu şərəf qısırı "xəstəxanadayam, kartımda pul yoxdur, 1-2 saata göndərirəm " – dedi. Düşündüm, İqbal bəy bəlkə ərk edib, yaxın dostumuzdur, ola bilər, sabah eyni situasiyada mən də ona zəng edib yardım istəyə bilərəm.
İkincisi, adam kimdirsə, İqbal bəyin yazı tərzini, üslubunu əməllicə mənimsəyib, peşəkar dələduzdur. Nə isə…Allah bəlasını versin! Haramı olsun! Halallığı verilməyən puldan necə xeyir görə bilər? Zatən görməyəcək də.
Məsələni anladığımı bilən kimi adam Teleqramını sildi. 600 manatlıq qəbzlər isə yəqin ki, bir ömür yaddaşımdan silinməz.
P.S. Hörmətli Elşad Hacıyev, lütfən məsələni nəzarətə götürün. Əziz dostlarım, sizə isə ağıl verməyəcəm. Zatən özüm ağılsız duruma düşmüşəm" – deyə jurnalist əlavə edib.
Qeyd edək ki, İqbal Ağazadə məsələ ilə bağlı sosial şəbəkə hesabında Daxili İşlər Nazirliyinə müraciət edib:
"Hörmətli Elşad Hacıyev, 5522099370138406, 5238151653748537 bu nömrəli kartların sahibi mənim teleqram nömrəmi oğurlayıb, adımdan kontaktımda olan şəxslərə mesaj yazıb pul istəyir. Xahiş edirəm, yardımçı olun" – paylaşımda deyilir.

Hadisə       Tarix: 02 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari