İqlim Dəyişikliyi Konfransı Şotlandiyada keçiriləcək
26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransı (COP26) noyabrda Şotlandiyada keçiriləcək.
Publika.az xəbər verir ki, hər il keçirilən sammit 197 ölkəni bir araya gətirərək iqlim dəyişikliyi və ölkələrin onunla necə mübarizə apara biləcəyini müzakirə etmək üçün bir platforma yaradır.
COP zirvələri Birləşmiş Millətlərin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində təşkil olunur.
Qlobal istiləşmə ilə bağlı ilk hökumətlərarası ətraf mühit sazişi olan UNFCCC-nin 21 mart 1994-cü ildən qüvvəyə minməsindən sonra COP zirvələri keçirilir.
Builki COP26, 1-12 noyabr tarixlərində Şotlandiyanın ən böyük şəhəri Qlazqoda keçiriləcək.
COP26 2015-ci ildə Paris İqlim Sazişinin imzalanmasından sonra irəliləyişi qiymətləndirən ilk zirvə olacaq. Paris Sazişinin imzalandığı COP21-də hər kəsin yerinə yetirməli olduğu hədəflər arasında istixana qazlarını azaltmaq, bərpa olunan enerji istehsalının sürətləndirilməsi, qlobal istiləşməni 2° C-dən aşağı salmaq və mümkünsə 1,5° C ilə məhdudlaşdırmaq, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün yoxsul ölkələrə maliyyə yardımı kimi məsələlər əsas müzakirə mövzusu olub.
Koronavirus pandemiyası nəinki zirvəni bir il gecikdirdi, həmçinin bir çox prosesi dayandırdı. Pandemiya iqtisadi bərpa haqqında düşünülməsi üçün fürsət yaradıb.
Qlazqoda keçiriləcək zirvədə isə aşağıdakı mövzuların müzakirəsi gözlənilir:
Ölkələrin 2030-cu ilə qədər karbon emissiyalarını azaltması və bu əsrin ortalarına qədər sıfır karbon tullantıları hədəfinə çatmalarını təmin etmək üçün daha aqressiv və sürətli addımlar atılması birinci prioritet olacaq.
Həmçinin zirvədə müzakirə mövzularından biri də təbiətə əsaslanan həllər olacaq. Bu, iqlim dəyişikliyi ilə mübarizədə təbiətin özündən faydalanmaq deməkdir. Məsələn, daşqınların və qum fırtınalarının qarşısını almaq üçün meşələrin salınması və ya karbon sorbasiyası kimi həll yolları müzakirə olunacaq.
Ekosistemlərin qorunması və kömürdən istifadənin dayandırılması kimi xüsusi hədəflər üçün məqsədyönlü təşəbbüslərin yaradılması da gözlənilir.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm