İqtisadi əlaqələr və investisiya perspektivləri
Azərbaycanilə Böyük Britaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.12 noyabr 2026-cı ildə Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığının Baş naziri Endi Börnhem arasında keçirilən görüşzamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu sənəd ikitərəfli münasibətlərin daha yüksək səviyyəyəçatdırılmasını rəsmiləşdirərək əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir.
Azərbaycan-BöyükBritaniya münasibətlərinin əsasını uzun illərdir enerji sahəsindəki əməkdaşlıqtəşkil edir. Britaniyanın BP şirkəti Azərbaycanın neft-qaz sektorunda mühümlayihələrin həyata keçirilməsində iştirak edib. Lakin müasir dövrdə tərəfdaşlıqyalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Təmiz enerji, günəş və küləkenerjisi, yaşıl enerji dəhlizləri və karbon emissiyalarının azaldılması yeni əməkdaşlıqistiqamətləri kimi ön plana çıxır.
2026-cıilin oktyabr ayında Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya HökumətlərarasıKomissiyasının 8-ci iclasında iqtisadiyyat, ticarət, nəqliyyat, enerji və rəqəmsalinfrastruktur sahələrində əməkdaşlıq müzakirə olunub. Görüş çərçivəsində2026–2027-ci illər üzrə 60-dan çox tədbiri əhatə edən Fəaliyyət Planı qəbuledilib.
BöyükBritaniya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir. İki ölkəarasında qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, qeyri-neftsektoruna investisiyaların cəlb edilməsi və yeni biznes layihələrininyaradılması əsas prioritetlər sırasındadır.
Bununlayanaşı, Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi Böyük Britaniya şirkətləriüçün nəqliyyat və logistika sahəsində yeni imkanlar yaradır. Xüsusilə, beynəlxalqyükdaşımaların artırılması və Avropa ilə Asiya arasında iqtisadi əlaqələringücləndirilməsi baxımından bu əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Stratejitərəfdaşlığın yeni mərhələsində süni intellekt, kibertəhlükəsizlik, rəqəmsaltexnologiyalar və insan kapitalının inkişafı da xüsusi diqqət mərkəzindədir.İki ölkə universitetləri və elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi,birgə təhsil proqramlarının yaradılması və mütəxəssis mübadiləsinin təşviqi gələcəkinkişaf üçün mühüm perspektivlər açır.
Onuda qeyd edək ki, Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıqhaqqında Birgə Bəyannamənin imzalanması yalnız diplomatik hadisə deyil, həm dəgələcək əməkdaşlığın istiqamətini müəyyən edən mühüm siyasi addımdır. Sənəddəmüdafiə və təhlükəsizlik, iqtisadi inkişaf, ticarət, təhsil və innovasiya sahələriəsas əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib. Tərəflər strateji tərəfdaşlığıninkişafını mütəmadi qiymətləndirmək üçün illik görüşlərin keçirilməsini də nəzərdətutmuşdur.
Beləliklə,Azərbaycan-Böyük Britaniya münasibətləri ənənəvi əməkdaşlıq modelindən dahageniş və çoxşaxəli tərəfdaşlıq modelinə doğru inkişaf edir. Odur ki, qarşılıqlısiyasi etimad, iqtisadi maraqlar və yeni texnologiyalar sahəsində əməkdaşlıqiki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinin təminatıdır.
Vilayətİsmayılov, iqtisad elmləri doktoru,professor / azxeber.com

Keçmiş nazirə ağır itki
Daha bir həkim qəfil vəfat etdi
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
Husilər SÜRƏTLƏ İRƏLİLƏYİR: Ordu Bab əl-Məndəbi tərk etdi - Ədən TƏHLÜKƏDƏ
ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR
Başı ağrıyırmış, hamama gedib...' - Yataqxanada tələbənin ölümünün təfərrüat
Suraxanıda maşın yandı
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
AzTV-nin sabiq idarə rəisi vəfat etdi
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Rəşad Məcidə ağır itki
İlham Əliyev Mahmud Abbası təbrik etdi
Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub oldu
Millimiz yoldaşlıq oyununa çıxacaq