Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olunduBaş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə ikitərəfli görüşlər keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən azxeber.com-a verilən məlumata görə, Federal Baş prokuror Eduardo Kasal ilə keçirilmiş görüş zamanı Kamran Əliyev Azərbaycan ilə Argentina arasında qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin inkişafına ölkəmizin xüsusi önəm verdiyini bildirib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət kursunda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi, müxtəlif regionlarla siyasi, iqtisadi və hüquqi əlaqələrin dərinləşməsi, eləcə də dövlətlər və xalqlar arasında qarşılıqlı etimada və faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mühüm prioritetlərdəndir. Bu baxımdan, Latın Amerikası ölkələri, o cümlədən Argentina ilə əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir.
Baş prokuror ölkəmizdə korrupsiyaya və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizənin gücləndirilməsi və bu çərçivədə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə həmkarına geniş məlumat verib.
İkitərəfli görüşdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, hüquqi yardım sorğularının operativ icrası, sübutların əldə edilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası ilə bağlı səlahiyyətli orqanlar arasında əlaqələndirmə və beynəlxalq hüquqi əməkdaşlığın digər aktual məsələləri müzakirə olunub.
Tərəflər habelə, cinayət təqibindən kənar icraat sahəsində təcrübə mübadiləsi, korrupsiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və müasir cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Bu kontekstdə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması və transmilli cinayətkarlıqla mübarizədə səylərin əlaqələndirilməsi baxımından Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) kimi nüfuzlu təşkilatların rolu xüsusi vurğulanıb. Həmçinin Argentina Baş prokurorunun prezidenti olduğu İbero-Amerika Prokurorlar Assosiasiyası çərçivəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
Həmin gün Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə keçirilmiş ikitərəfli görüşdə Kamran Əliyev iki qurum arasında formalaşmış əməkdaşlıq əlaqələrini məmnunluqla xatırladaraq, 2019-cu il sentyabrın 18-də Buenos-Ayres şəhərində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığa dair sənədin imzalanmasının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Eləcə də, 2023-cü il martın 23-də Yunanıstanın Afina şəhərində Azərbaycan Baş Prokurorluğu ilə Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidməti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirdiyi qeyd olunub.
Həmçinin hər iki görüşdə iki ölkənin prokurorluq orqanları arasında birbaşa peşəkar əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı ekspert səfərləri, birgə təlimlərin təşkili və cinayət işlərinin istintaqında qabaqcıl təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, beynəlxalq və regional təşkilatlar, o cümlədən BPA çərçivəsində əməkdaşlığın davam etdirilməsinə dair məsələlər də görüşlərin müzakirə predmetini təşkil edib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov da iştirak edib.

Siyasi       Tarix: 14 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler bugun bugun xeberler son xeberler az sonxeber.az