Husilər SÜRƏTLƏ İRƏLİLƏYİR: Ordu Bab əl-Məndəbi tərk etdi - Ədən TƏHLÜKƏDƏ

Husilər SÜRƏTLƏ İRƏLİLƏYİR: Ordu Bab əl-Məndəbi tərk etdi - Ədən TƏHLÜKƏDƏYəmənin hökumətyönlü qüvvələri strateji əhəmiyyətə malik Bab əl-Məndəb boğazına bitişik ərazilərdən geri çəkilərək ölkənin beynəlxalq səviyyədə tanınmış hakimiyyətinin paytaxtı olan Ədənə doğru yenidən qruplaşdıqlarını elan ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə "The National" nəşri məlumat yayıb.
"Cənub Silahlı Qüvvələri"nin yaydığı bəyanatda bildirilir ki, Dubab hava limanı və Taiz əyalətinin qərbində yerləşən Bab əl-Məndəb boğazı zonasından qüvvələrin çıxarılması əməliyyatına başlanılıb.
Bu addım paytaxt Ədənin və qonşu əyalətlərin müdafiəsini təmin etmək, cəbhə xəttini gücləndirmək və mövcud təhdidlərə cavab vermək məqsədi daşıyır.
Hökumət qüvvələri əmin ediblər ki, qoşunların yenidən dislokasiyası həm də Yəmənin üçüncü böyük şəhəri olan Taizin husilər tərəfindən tətbiq edilən mühasirəsini yarmağa kömək edəcək. Köçürülmə prosesi Yəmən hökumətinin müttəfiqi olan ərəb koalisiyasının dəstəyi ilə həyata keçirilir.
"Al Jazeera" telekanalının məlumatına görə, bu geri çəkilmə Ədənə şimal və qərb qapısı sayılan Lahıc əyalətində husilərin hökumət mövqelərinə təzyiqlərinin artması fonunda baş verir.
Husilərin nəzarətində olan "Saba" agentliyi isə hərbi mənbəyə istinadən iddia edir ki, hökumətyönlü birləşmələr şiddətli toqquşmalardan və itkilər verdikdən sonra arxa mövqelərini tərk edərək Ədən istiqamətində geri çəkilməyə məcbur olublar.
Xatırladaq ki, payız aylarında husilər hücum əməliyyatı keçirərək Yəmənin Qırmızı dəniz sahillərini və Bab əl-Məndəb boğazını ələ keçirib. Oktyabrın 4-də isə beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələri itirilmiş əraziləri geri qaytarmaq məqsədilə husilərə qarşı əks-hücum əməliyyatına başlayıb.

Hadisə       Tarix: 16 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində şirkət personalının müvəqqəti yaşayışı üçün nəzərdə tutulan tikilidə yanğın baş verməsi barədə məlumat daxi

Mərdəkan şosesində qəza: Su maşını "Range Rover"lə toqquşdu

Bu gün Mərdəkan şosesində, Hava Limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza zamanı su daşıyan 77-RP-128 dövlət qeydiyyat nişanlı yük maşını ilə "Range Rover" markalı mini

Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə Azərbaycan bayrağı küçəsində qeydə alınıb. Belə ki, "KİA" markalı avtomobillə "Toyota Prius" markalı maşın toqquşub. İlkin məlumat

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında köhnəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosndə qeydə alınıb. Belə ki, hərəkətd

"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü

Qazaxda "KamAz"ı dəmir maneələrə çırpan sürücü ölüb. KONKRET.azxəbər verir ki, hadisə rayonun Yuxarı Daşsalahlı kəndində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAz" markalı avtomobil

Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

Rusiyanın paytaxtı Moskvada bir neçə iri ticarət mərkəzinin keçmiş ortaq sahiblərindən olan, əslən azərbaycanlı iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib. modernaz-a istinadən xəbə

İzmirdə fabrikdə güclü partlayış: ölənlər var

İzmirdə fabrikdə güclü partlayış baş verib. xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğı

Arvadının vurduğu iynədən şoka düşərək ölən kişi rəis imiş

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunda 56 yaşlı Rasim Qasım oğlu Qasımov iynədən şoka düşərək ölüb. oxuaz-a istinadən xəbər verir ki, R.Qasımov vəzifəli şəxs imiş. Belə ki, o, "Azərişıq" ASC-nin idarələrini

Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu

Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, helikopter naməlum səbəbdə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər valyuta mezennesi banklar şou biznes xəbərləri kriminal bugun