"İran artıq Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır" – Ticarət dövriyyəsi 2 dəfə artıb

"Vətən Müharibəsindən sonra Azərbaycana qarşı təxribatçı fəaliyyətini genişləndirən Tehran digər tərəfdən Ermənistana dəstəyini də artırmaqdadır".
KONKRET.az xəbər verir ki, bunu deputat, iqtisadçı Vüqar Bayramov bildirib.
"İranın Azərbaycanın hava məkanını pozması bu ölkənin dövlətimizə qarşı təxribatlarını davam etdirməsi faktı olmaqla yanaşı, həmçinin regionda formalaşan çövrək düzəni pozmaq cəhdidir", – o əlavə edib.
İqtisadçı daha sonra genişlənən İran-Ermənistan ticarət əlaqələrinə diqqət çəkib:
"Ötən il İran ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 40 faiz artaraq 500 milyon dollardan 700 milyon dollaradək yüksəlib. Bu, 2020-ci il ilə müqayisədə təxminən 2 dəfə artım deməkdir. Tərəflər yaxın dövr üçün ticarət dövriyyəsini 1 milyard dollara çatdımağı hədəfləyirlər. Hətta Tehran Ermənistan ilə 3 milyard dollarlıq dövriyyəyə çatmaq niyyətini də bəyan edib. İran artıq Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır".
Deputat xatırladır ki, 2022-ci ildə Azərbaycanın sərhəddindən cəmi 2 km uzaqlıqda yerləşən Qafan şəhərində konsulluq açan İran artıq Ermənstana gündəlik bir milyon kubmetrdən çox mavi qaz ixrac edir. Onun sözlərinə görə, Ermənistan İran vasitəsi ilə enerji idxalını şaxələndirməyə çalışır.
"Göründüyü kimi, Ermənistanın hər mənada qayğısına qalan ölkə islamı siyasət səviyyəsinə gətirən İrandır. Tehran rejimi bir tərəfdən Azərbaycanın güclənməsindən məmun olmadığını gizlədə bilməməklə yanaşı, digər tərəfdən Ermənistana dəstəyini genişləndirməkdədir. Amma bununla regionda formalaşan yeni düzəni pozmaq, təbii ki, mümkün olmayacaq", – V.Bayramov vurğulayb.//Azpolitika

Sosial       Tarix: 13 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri kriminal xeberler bugünkü son xəbərlər cebheden xeberler