İran bu caniləri mühakimə etməsə...' - Deputatdan sərt açıqlama

İran bu caniləri mühakimə etməsə...' - Deputatdan sərt açıqlama"İran terror dövlətidir və baş verənlər də göstərir ki, Tehran bu statusunu saxlamaqda israrlıdır. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum hər şeydən öncə beynəlxalq hüququn pozuntusudur".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir". 
Deputat bildirib ki, baş verənlərə görə səfirliyin yerləşdiyi ölkə kimi İran məsuliyyət daşıyır:
"Əlbəttə, biz inanmaq istəyirik ki, rəsmi Tehran belə bir hadisənin yaşanmasını arzu etməzdi, lakin istənilən halda 1961-ci il Konvensiyasına əsasən, baş verənlərə görə səfirliyin yerləşdiyi ölkə kimi İran məsuliyyət daşıyır. Xüsusən, hüquq-mühafizə sisteminin, daxili nəzarət şəbəkəsinin güclü olduğu, az qala hər bir fərdin nəzarət altında olduğu bir ölkədən danışdığımızı da unutmamalıyıq".
Bəhruz Məhərrəmov qeyd edib ki, İran bu caniləri məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır:
"İkincisi, beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinin xidməti sahəsinə hücum etmə Azərbaycan Cinayət Məcəlləsinin 102-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Azərbaycan cinayət qanununun ölkə ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edən 12-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda Azərbaycan cinayət qanunu əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Yəni, İran bu caniləri məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır". 
Deputat əlavə edib ki, İran tərəfi səfirliyimizə çirkin hücumu pisləyən bəyanatla kifayətlənməyib ən qısa zamanda qəti addımlar atmalıdır:
"Məsələnin siyasi tərəfinə gəlincə, məlumdur ki, Prezident İlham Əliyevin müasir mürəkkəb geosiyasi şəraitdə müstəqil, balanslı siyasəti, onun rəhbərliyi altında ölkənin artan nüfuzu və hərbi-siyasi qüdrəti kimləri narahat edir, aşağı-yuxarı bizə bəllidir və indiki həssas dönəmdə yalnız ermənini yox, onun havadarlarını da yerində oturtmağımızı çoxları həzm edə bilmir. Bu çərçivədə, İrandakı səfirliyimizə hücumun gerçəkləşdirilməsi Azərbaycanın mövqeyinin zəiflədilməsinə, qonşularla münasibətlərin gərginləşdirilməsinə yönəli uğursuz təxribat cəhdinin davamıdır. Hesab edirəm ki, İran tərəfi səfirliyimizə çirkin hücumu pisləyən bəyanatla kifayətlənməyib ən qısa zamanda qəti addımlar atmalıdır. 
Hər kəs, həm vətəndaşlarımız, həm də hadisənin arxasında dayananlar bilsin ki, belə cılız aktlarla Azərbaycanın güclənməsinin qarşısını almaq, bizi haqq yolumuzdan döndərmək mümkün deyil".
Aydın Nuri

Siyasi       Tarix: 27 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri xeberler apa.az xeberler son.xabar